Təqvim
Yük avtomobillərində gizlədilən siqaretlər və kosmetik vasitələr aşkarlandı
13 iyun 2020 - 15:15

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə xeyli miqdarda siqaret, kosmetik vasitə və ləvazimatların bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Belə ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "IVECO" və "Mercedes Benz " markalı yük avtomobilləri saxlanılıb, gömrük baxışı keçirilib.

Gömrük baxışı zamanı, avtomobillərin gizli saxlanc yerlərində 4200 ədəd "Marlboro Touch" markalı siqaretlər, 21 ədəd müxtəlif markalı kosmetik vasitələr və ləvazimatlar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə