Mahmudovun ailəsinə miras qoyan Aslan Aşurov kimdir?

Təqvim
Mahmudovun ailəsinə miras qoyan Aslan Aşurov kimdir?
03 iyun 2020 - 14:21

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları Anar və Nərgizin adına Böyük Britaniyada 100 milyon avroluq biznes və 19 milyon avroluq malikanə olması araşdırılmağa başlanılıb. Bu zaman ailənin vəkili bildirib ki, bu varidat 19-cu əsrdə milyonçu olmuş Aslan Aşurovdan ailəyə miras qalıb. Bu məlumat açıqlandıqdan sonra Azərbaycan ictimaiyyətində Aslan Aşurovun şəxsiyyəti maraq doğurub.
Aslan Aşurov haqda elektron mənbələrdə çox az məlumat tapılıb.
Onun Eldar Mahmudovla hansı formada qohum olmasına aid informasiya da mövcud deyil. Aşurovların əslən bakılı, Mahmudovların isə şərurlu olması bu qohumluğa şübhəni artırır. Lakin müzakirələr zamanı bəzi şəxslər Aşurovların E.Mahmudovun həyat yoldaşı Tahirə Mahmudova ilə qohum ola biləcəyini bildiriblər.
Eldar Mahmudovun övladları Nərgiz və Anar
Aslan Aşurov özü biznesmen olsa da, oğlu Ağa Aşurov Azərbaycan Xalq Cümhuriyyətində mühüm vəzifələr tutub və buna görə də Ağa Aşurov haqda daha dolğun məlumatlar var.
Hacı Aslan Aşurov 1905-ci ildə yaradılan “Bakı müsəlman xeyriyyə cəmiyyəti”nin təsisçilərindən biri olub. O, bu təşkilatda “Bakının nəsillikcə fəxri vətəndaşı” statusu ilə təqdim olunub. Həmin təşkilatın digər təsisçiləri Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev olub.
İqtisadçı Toğrul Vəliyev bildirib ki, Aslan Aşurov 1876-cı ildə 1-ci qildiya tacir statusunu almış şəxslərdən olub. Bu status o zaman tacirə xarici ticarət ilə məşğul olmaq və gəmilərə sahib olmaq imkanı verirdi (yəni 2 və 3-cü qildiya bu imkanlara malik deyildi). Müqayisə üçün, Tağıyev bu statusu 1882-ci ildə alıb. Aslan Aşurov eyni zamanda Stavropolda torpağa, Şimali Qafqazda dəyirmanlara sahib idi. 1880-ci illərdə həmçinin neft biznesi ilə də məşğul olmağa başladı. Bakı dumasının deputatı idi və hətta “Rus xalq İttifaqı” adlı təşkilatın üzvü idi.
Elektron mənbələrdən əldə etdiyimiz məlumata görə, Aslan Aşurovun oğlu Ağa Aşurov 1880-ci ildə Bakıda anadan olub. Bakı gimnaziyasını bitirib, daha sonra Almaniyada mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alaraq Bakıya qayıdıb. O, öncə şəhər bələdiyyə idarəsində işləyib.
1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanıb. Bakıya Şollar su kəmərinin çəkilməsində böyük rolu olub. Aşurov “Nəşri-maarif” cəmiyyətinin rəhbərlərindən biri olub, şəhər dumasının üzvü seçilib.
Ağa Aşurov
Ağa Aşurov 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən 3-cü qurultayında iştirak edib və qurultayın Rəyasət Heyətinin üzvü seçilib.
Milli hərəkatın fəal üzvlərindən olan A.Aşurov Fevral inqilabından (1917) sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib, Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak edib. 1918-ci ilin mart qırğınları zamanı hərbi əməliyyatları dayandırmaq üçün müsəlman nümayəndə heyətinin tərkibində İnqilabi Müdafiə Komitəsinin, Erməni Milli Şurasının üzvləri və İranın Bakıdakı konsulu Həbibulla xanla danışıqlar aparıb.
Azərbaycan Xalq Cümhuriyyətinin ikinci Hökumətində bitərəf olan Ağa Aşurov ticarət və sənaye naziri işləyib, eyni zamanda, 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik edib. 1918-ci il oktyabrın 6-da poçt və teleqraf naziri təyin olunub. Aşurov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib, “Müsavat” və bitərəflər fraksiyasında təmsil olunub. 1918-ci il dekabrın ortalarında bütün hökumət kabinəsi ilə birlikdə istefaya çıxıb. Ağa Aşurov 1920-ci il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən azsaylı parlament üzvü olub.
Buna görə də ertəsi gün hakimiyyətə gələn bolşeviklər onun həbs edilməsi barədə göstəriş versələr də, ələ keçirə bilməyiblər. Aşurov Türkiyəyə mühacirət etməyə cəhd göstərib, bu baş tutmadıqda, Rostov şəhərinə köçüb, orada ixtisası üzrə mühəndis-texnoloq işləyib. 1936-cı ildə vəfat edib, Rostovun tatar qəbiristanlığında dəfn olunub. “Qafqazinfo”

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə