Təqvim
Bakı Ali Neft Məktəbi onlayn Yay Məktəbi təşkil edəcək
01 iyun 2020 - 17:37

Bakı Ali Neft Məktəbi İtaliyanın Milano-Bicocca Universiteti ilə birgə 6-16 sentyabr 2020-ci il tarixlərində onlayn formatda “Davamlı ətraf mühit üçün enerji həlləri” mövzusunda Yaşıl Enerji İdarəetməsi (GEM – Green Energy Management) Yay Məktəbi təşkil edəcək.

Yay Məktəbində iştirak etmək istəyən  tələbələrin müraciətlərinin qəbuluna başlanılıb.

Müraciət ərizələri 15 iyun tarixinədək bu ünvana - www.summerschoolbicocca.com/20-GEM.php göndərilməlidir.

GEM Yay Məktəbində iştirak edən magistr tələbələri ənənəvi və yaşıl enerjiyə dair ümumi məlumat əldə edəcək, onlayn dərslərdə əsas enerji prinsipləri, üzvi tullantıların təkrar emalı, bioyanacaq, hidroenerji istehsalı, külək və günəş enerjisi, kənd təsərrüfatında təkrar istehsal və iqlim dəyişikliyi üçün maliyyələşdirmə kimi mövzular üzrə  müzakirələrdə iştirak edə biləcəklər.

Bütün dərslər/mühazirələr və qrup işləri distant təhsil platformaları vasitəsi ilə saat 11:00-dan 14:00-dək (Bakı vaxtı) keçiriləcək. İştirakçılar distant təhsil formatında keçiriləcək dərslərdə iştirak edərək texniki biliklər əldə edə və əməkdaşlıq bacarıqlarını inkişaf etdirə biləcəklər.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbi Milano-Bicocca Universiteti ilə əməkdaşlıq çərçivəsində 2019-cu ildə GEM Yay Məktəbini uğurla təşkil edib. GEM 2013-cü ildə fəaliyyətə başlamış və həm ənənəvi, həm də bərpa olunan enerji idarəetmə və davamlı ətraf mühit sahəsində geniş təcrübəyə malik olan bir çox Avropa Universitetinin alim və mütəxəssisləri tərəfindən idarə olunur. GEM təcrübə mübadiləsi, şəbəkə imkanları, yeni regional layihə ideyaları və təşəbbüslər yaratmaq üçün dünyanın hər yerindən (Şərqi və Qərbi Avropa, Afrika, Asiya və Cənubi Amerika) tələbələri bir araya toplayır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə