Təqvim
Rektor Vilayət Vəliyevin tələbələrə müraciəti
27 may 2020 - 16:21

Əziz  tələbələrimiz!

Sizi Ramazan bayramı münasibətilə bir daha təbrik edir, arzu və istəklərinizin reallaşmasını və səxşi həyatınızda uğurlar arzulayır, ölkəmizin və universitetimizin gələcək inkişafı üçün layiqli təhsil almanızı və  müasir texnologiya yaradıcıları olmanızı diləyirəm!

Eyni zamanda koronavirus pandemiyası dövründə onlayn tədris prosesində fəal iştirakınıza görə hər birinizə şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm!

Bildirmək istəyirəm ki, hökümətimiz və Təhsil Nazirliyimiz yaz semestrinin imtahan sessiyasının keçirilməsi üçün zəruri olan bütün köməklikləri edib. Pandemiya dövründə tələbə biliyinin qiymətləndirilməsi prosesi maksimal dərəcədə sadələşdirilib və bu barədə lazımi hüquqi normativ sənədlər qəbul edilib. Universitetimizin Elmi Şurası Təhsil Nazirliyinin təlimatını əsas tutaraq yaz semestrinin müvəffəqiyyətlə başa çatdırılması üçün qərar qəbul edib. Qaydaya uyğun olaraq qərar Təhsil Nazirliyinə göndərilərək bəyənilib.

Əziz tələbələr!

İlk növbədə hamımız pandemiya dövründə ölkə başçımız İlham Əliyevin rəhbərliyi ilə hökümətimizin həyata keçirdiyi tədbirləri, hamımız üçün yaradılan şəraiti və ən nəhayət əhalimizin bütün təbəqələri, xüsusilə həssas əhali qrupu və Siz tələbələrə olan qayğını yüksək qiymətləndiririk! Bununla bərabər xalqın malını, verilən yardımları talayan, çirkin əməllərlə məşğul olan məmurlara qarşı amansız mübarizəni də yaxşı xatırlayırıq.

Yaz semestrinin imtahan sessiyasının uğurla başa çatdırılması üçün qeyd olunanları özümüz üçün örnək qəbul edərək Siz tələbələrimizə bütün qiymətləndirmə prosesində maksimal dərəcədə qayğı və köməklik göstərəcəyik. Bununla bağlı universitetimizdə bütün işlər görülüb, müvafiq təlimatlar verilib. İnanıram ki, hörmətli müəllimlərimiz Sizin fəaliyyətinizi yüksək qiymətləndirəcəklər.

Bununla yanaşı, universitetimizdə az sayda olsa da, tələbələrə yalan məlumatlar verən, onları daim gərginlikdə saxlayan, müəllim adına yaraşmayan, çirkin əməllərlə məşğul olan müəllimlərə qarşı amansız olacaq, onları təqib edərək birgə mübarizə aparacağıq.

Pandemiya dövrünün onlayn tədris prosesinin əsas iştirakçısı olaraq Siz tələbələrimizin dərslərdə fəal iştirakının şahidi oldum! Sizin nümayiş etdirdiyiniz dərin bilik və tələbə məsuliyyətinizlə qürür duydum! Bir daha əmin oldum ki, artıq Azərbaycan Texniki Universiteti öz tələbə potensialı ilə fərqlənir. Bu işdə bizim çox hörmətli müəllimlərimizin  də zəhməti əvəzsizdir.

Odur ki, hazırkı qiymətləndirmə prosesində bizim əsas hədəfimiz budur: "Akademik borcu qalan tələbəmiz olmamalıdır".

Bu hədəfin həyata keçirilməsi üçün istedadlı tələbələrimizi biliyi daha yüksək qiymətləndiriləcək, nisbətən zəif tələbələrimiz də diqqət və qayğıdan kənarda qalmayacaq. Onların qabiliyyətləri də üzə çıxarılaraq qiymətləndiriləcək! Bir sözlə, heç bir tələbəmiz arxa planda qalmayacaq!

Bunların həyata keçirilməsi üçün, universitetin Elmi Şurasının qərarına əsasən imtahan prosesində bütün tələbələr üçün aralıq qiymətləndirmələrdə əvvəlki nəaliyyətlərinə zərər gətirilmədən qiymətləndirmələr yüksək aparılacaq, fəal tələbələrimiz imtahandan azad olunacaq. Bir sözlə, qiymətləndirmə prosesi yüksək qayğı və diqqətlə əhatə olunacaq. Qiymətləndirmələr universitetimizdə tələbələrin hörmətini qazanmış, səriştəli, qayğıkeş və təcrübəli müəllimlər tərəfindən aparılacaq. Bakalavrların qiymətləndirmə prosesində müəllimlərlə yanaşı, 2-ci kurs magistrantlar arasından əla qiymətlərlə təhsil alan tələbələr də seçilərək iştirak edəcək. Bütün fakültə dekanlarımız və rəhbər şəxslər, həmçinin xüsusi yaradılmış komissiyalar Sizin yüksək qiymət almanızda yardımçı olacaq.

Həmişə olduğu kimi, bu dəfə də qiymətləndirmə prosesində Sizin yanınızda olacağam!

Bir daha, Sizi doğma universitetimizdə görmək üçün darıxdığımızı vurğulayaraq, Əziz Tələbələrimizə indiki həssas və məsuliyyətli dövrdə yüksək qayğı və köməklik göstərəcəyimizi bildirir, tələbələrimizin imtahanlarda aktiv iştirakını gözləyirik!

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə