Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "DAF" markalı nəqliyyat vasitəsilə ilə yük aparan Azərbaycan Respublikası vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı vətəndaşın üzərində olan şalvarın sol cibindəki siqaret qutusunun içərisində gömrük nəzarətindən gizlədilən 1 ədəd sellofan bükümdə ümumi çəkisi 2 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün hüquqlar qorunur © 2025