Təqvim
Kapital Bank Group-IB TDS vasitəsilə kibertəhlükəsizliyini gücləndirdi
19 may 2020 - 13:13

Kapital Bank kiberhücumların qarşısının alınması üzrə ixtisaslaşan beynəlxalq Group-IB şirkətinin dəstəyi ilə kibertəhlükələrin öncədən aşkarlanması üçün istifadə olunan Group-IB Threat Detection System (TDS) adlı kompleksi uğurla tətbiq edib. Group-IB-nin təqdim etdiyi bu proqram-aparat kompleksini Kapital Bank öz rəqəmsal sərhədlərini mürəkkəb təhlükələrdən, eləcə də əvvəllər bilinməyən zərərli proqram təminatı vasitəsilə edilən hədəfli hücumlardan qorumaq üçün istifadə etməyi planlaşdırır.

“Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə müəssisəsi olaraq 3 milyondan artıq fiziki və 22 mindən çox hüquqi şəxsə bank xidmətləri göstərir. Belə böyük müştəri auditoriyasına yüksək səviyyədə xidmət göstərmək və onların vəsaitlərinin hərtərəfli təhlükəsizliyini təmin etmək üçün Banka aktual kibertəhlükələrdən müdafiə vasitələri də lazımdır. Əminəm ki, Group-IB ilə əməkdaşlığımız qarşıya qoyulan bütün məqsədlərə nail olmağa imkan verəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov bildirib.

"Rusiyadan test poliqonu kimi istifadə edib, rusdilli və maliyyə cəhətdən motivasiyalı APT-lər yaxın ölkələrə hücum edərək, coğrafi ekspansiyanı davam etdirir. Hazırda Azərbaycan Rusiya bazarında artıq bir neçə ildir ki, mübarizə apardığımız bu mürəkkəb təhlükələrlə üzləşir. Təhlükələrin təbiətini dərindən anlayan Kapital Bank seçimini Anti-APT həllinin üzərində saxlamaqla sübut edir ki, Bank qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində fəaliyyət göstərir və riskləri minimuma endirmək üçün naməlum alətləri və hücum verktorlarını aşkarlamağa çalışır", - deyə, Group-IB-nin Kommersiya Direktoru İqor Smirnov qeyd edib.

Qeyd edək ki, Group-IB - kiberhücumların aşkarlanması və qarşısının alınması, şəbəkədə dələduzluğun aşkar edilməsi və intellektual mülkiyyətin qorunması itsiqamətlərində fəaliyyət göstərən və baş qərargahı Sinqapurda yerləşən aparıcı şirkətlərdən biridir. Gartner, Forrester və IDC rəylərinə görə Group-IB Threat Hunting Intelligence kibertəhlükələr haqqında məlumat toplama sistemi dünyanın ən yaxşılarından biri hesab olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BİZNES
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə