Təqvim
BDU-da 2 gün davam edən Respublika virtual Elmi konfrans öz işini yekunlaşdırıb
14 may 2020 - 15:18

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə Ümumimilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Gələcəyin alimləri" mövzusunda Tələbələrin V Respublika virtual Elmi konfransı ikinci günü ilə öz işini davam etdirib.

4 bölmədə iclasları davam etdirən konfrasın Nəzəri fizika bölməsinə BDU-nun elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru, dosent Məmməd Rəcəbov rəhbərlik edib. Nəzəri fizika bölməsində İ.Ə.Nəhmədov “Qara dəliklərdə informasiya paradoksu, holoqrafik prinsip”, İ.B.Heydərli “Ulduzların mənşəyi və təkamülünün ilk mərhələsi”, N.V.Mustafayeva “Kvark klasterlərinin nəzərə alınması ilə nn səpilməsi” məruzləri konfrans iştirakçılarının marağına səbəb olub.

Dosent Bəxtiyar Paşayevin sədrliyi ilə baş tutan İstilik fizikası və molekulyar fizika bölməsində O.G.Güləhmədov “ALA1-ARG2-PRO3 tripeptid fraqmentinin fəza quruluşunun tədqiqi”, T.İ.Qarakişili  “Antimikrob xassəli mis nanohissəciklərinin sintezi və stabilləşdirilməsi”, B.E.Əsgərovanın “İon elektrik keçiriciliyinin aktivləşmə parametrlərinin hesablanması” adlı təqdimatlar dinlənilib.

Bərk cisimlər fizikası bölməsində dosent Mehdi Mahmudovun sədrlik etdiyi iclasda Ş.Ş.Əliyeva “A2B6 birləşmələrinin nanoölçülü təbəqələrinin fotoelektrik və fotolyuminessensiya xassələri” məruzəsi, Ş.A.Axundova “NaCl kristalının ilişmə enerjisinin hesablanması və dissosasiya enerjisinin təyini”, M.H.Həsənova “Zn1-xSe(Mn)x təbəqələrinin optik xassələri” məruzələri maraqla qarşılanıb.

2 gün davam edən konfrasda 103 məruzə dinlənilib. Konfransın bağlanması zamanı Fizika fakültəsinin dekanı Məhəmmədəli Ramazanov konfransın işini yüksək qiymətləndirərək tətbiqi xarakterli təqdimatlarla bağlı təkliflər hazırlanması ideyasını irəli sürüb.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Respublika Elmi konfransı sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə