Təqvim
Bakı Ali Neft Məktəbinin MBA tələbələri qlobal biznes plaformasında fərqləniblər
13 may 2020 - 13:43

Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin İdarə olunması (MBA) proqramının tələbələri qlobal “Biznes Strategiya Oyunu” onlayn platformasında fərqləniblər.

Ali Məktəbin MBA proqramında təhsil alan tələbələr instruktor Emin İlyasın tədris etdiyi “İstehsalın və əməliyyatların idarə olunması” fənni çərçivəsində  adıçəkilən platformada  öz biznes bacarıqlarını nümayiş etdiriblər.

Ümumilikdə, bu platformadan dünyanın 52 ölkəsinin 494 müxtəlif universitetindən 48000-ə yaxın tələbə yararlanır.

Qlobal platformada tələbələr üçün təşkil edilmiş onlayn oyunda tələbələr komandalar formasında biznesin müxtəlif aspektlərini nəzərə alaraq qərarlar qəbul edir və şirkət idarə edirlər.

Komandaların təqdim etdiyi şirkətlər əsasən 4 əmsal - Overall Score (Ümumi göstərici), EPS (Səhmə düşən gəlir), ROE (Kapitalın gəlirlilik göstərcisi) və Stock Price (Səhm qiyməti)  üzrə performanslar sərgiləyib müəyyən xal yığırlar.

Bakı Ali Neft Məktəbinin MBA proqramının I kurs tələbələrindən ibarət “Eelze” komandası kapitalın gəlirlilik əmsalı (ROE) üzrə bu həftə dünya universitetləri arasında 13-cü yeri tutublar.
Komandanın üzvləri Tünzalə İmanova (kapitan), Miriş Fəttayev, Eltun Ələkbərli və Firuzə Səfərlidir.

“Biznes  Strategiya Oyunu” onlayn platforması dünyanın müxtəlif universitetlərinin biznes sahəsində təhsil alan tələbələri üçün simulyasiya xarakterli oyunlar təşkil edir. Platforma çərçivəsində tələbələr öz şirkətlərini yaradıb biznes işini, onun idarə edilməsini, yaranmış çətinlikləri simulyasiya edərək öyrənirlər və nəticədə biznesi real hiss edərək idarəçilik vərdişlərini inkişaf etdirmiş olurlar.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə