Təqvim
Gənclərin qəlbində yaşayan qəhrəmanlar
08 may 2020 - 13:20

Böyük Vətən Müharibəsində 700 mindən çox oğul və qızının iştirak etdiyi Azərbaycan xalqı faşizm üzərində Qələbənin əldə edilməsində böyük töhfə verib.

Cəbhədə göstərdiyi igidliyə görə 132 nəfər Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, ümumilikdə 170 mindən çox Azərbaycan əsgəri  və zabiti müharibə vaxtında göstərdikləri şücaətə görə orden və medallara layiq görülüblər.

Unudulmayan qəhrəmanlarımızı yaddaşlarda yaşatmaq məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş 2 mahnı və 1 sosial çarx hazırlanıb.

Çarxlarda gənc istedadlar tərəfindən səsləndirililən “Sən ey uşaqlıq” mahnısının  musiqisi Azərbaycan SSR xalq artisti, "Şöhrət" və "İstiqlal" ordenləri laureatı bəstəkar Vasif Adıgözəlov, sözləri Azərbaycan SSR əməkdar incəsənət xadimi  Əliağa Kürçaylıya,  “На безымянной высоте” mahnısının müsiqisi isə Veniamin Basnerə, sözləri Mixail Matusovskiyə məxsusdur.

Hər iki mahnını Gənclər və İdman Nazirliyi tərəfindən 13 ildir ki həyata keçirilən “Tələbə baharı” mahnı festivalının müxtəlif illərdə qalibi olmuş gənc istedadlar ifa ediblər.

 Bununla yanaşı, nazirlik faşizm üzərində Qələbənin 75 illiyi ilə bağlı olaraq  qum sənəti üzrə çarx hazırlanıb. Çarxda gənc rəssam Lalə Hüseynzadə tərəfindən iki dəfə Sovet İttifaql qəhrəmanı adını qazanmış  Həzi Aslanovun, Qafqazda ilk Sovet İttifaqı Qəhrəmanı olmuş İsrafil Məmmədovun, əfsanəvi döyüşçü, sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin, eləcə də, digər azərbaycanlılar,  Sovet İttifaqı qəhrəmanları Ziya Bünyadov, Qafur Məmmədov, Gəray Əsədov və Lenin ordeninə layiq görülmüş Züleyxa Seyidməmmədovanın Böyük Qələbəyə verdikləri töhfələri fərqli formada təqdim edilib.

Çarxların hazırlanmasında məqsəd gənclərdə vətənpərvərlik hisslərinin aşılanması,  eləcə də, İkinci Dünya Müharibəsi illərində  Azərbaycan xalqının həm cəbhə bölgəsində,  həm də arxa cəhədə göstərdiyi igidliklərin gənclər arasında yaxından təbliğ edilməsidir.

Sosial şəbəkələrdə paylaş:
Gülağa Tənha Məktəb illəri "Otuz ilin sirri" IV hissə16:47, 04 iyun 2020
Gülağa Tənha "Soraqlayır"13:00, 03 iyun 2020
Azərbaycanda daha bir məmur həbs olundu 18:28, 02 iyun 2020
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib 18:25, 02 iyun 2020
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır 18:23, 02 iyun 2020
BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib 18:22, 02 iyun 2020
AQTA-nın növbəti laboratoriyası milli və beynəlxalq akkreditasiyadan keçib 18:19, 02 iyun 2020
Şura 7 qrant müsabiqəsi elan edir 18:17, 02 iyun 2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb 18:14, 02 iyun 2020
AzTU-da “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası keçirilib 18:09, 02 iyun 2020
Bank of Baku-dan tibb işçilərinə özəl komissiyasız, zaminsiz 30.000 AZN-dək kredit!18:07, 02 iyun 2020
Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ17:56, 02 iyun 2020
Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlanıb 17:55, 02 iyun 2020
BDU-da “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib 17:54, 02 iyun 2020
Gülağa Tənha Məktəb illəri "Otuz ilin sirri" III hissə15:00, 02 iyun 2020
Azay Quliyev QHT və qrant haqqında qanunun dəyişdirilməsini TƏKLİF ETDİ17:50, 01 iyun 2020
AzTU-nun professoru Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi - VIDEO17:46, 01 iyun 2020
Konvalesent plazma müalicəsi 17:44, 01 iyun 2020
Gömrük nəzarətindən gizlədilən etiketlər aşkar edildi 17:40, 01 iyun 2020
BDU 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb 17:39, 01 iyun 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə