Təqvim
Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə və Tərtərdə əkin sahələrinə baxış keçirib
07 may 2020 - 17:00

Kənd Təsərrüfatı naziri İnam Kərimov Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasının əkin sahəsində Çin texnologiyası əsasında pambıq əkini sahəsinə baxış keçirib.

Bildirilib ki, 18 hektar sahədə əkinin aparılması üçün torpaqbecərmə işləri Çin Xalq Respublikasından gətirilmiş diskli maladan istifadə edilərək həyata keçirilib. Çiyid səpini Çin texnologiyası ilə hazırlanan səpin aqreqatı ilə aparılıb. Ötən il olduğu kimi bu il də Çin texnologiyası əsasında becərilən pambıq sahələrində yüksək məhsuldarlıq gözlənilir.

Daha sonra nazir İnam Kərimov Bərdə rayonunda baramaqurutma məntəqəsində tikinti işlərinin gedişi ilə tanış olub, Yeni Daşkənd kəndi ərazisində pambıq və taxıl sahələrinə baxış keçirib, soğan yığımı prosesini izləyib, məhsuldarlıqla bağlı fermerlərlə fikir mübadiləsi aparıb. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir İnam Kərimov koronavirus pandemiyasının kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün dövlət başçısının tapşırığı əsasında müvafiq tədbirlərin görüldüyünü vurğulayıb: “Ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri davam edir. Koronavirusun yayılmasına qarşı görülən tədbirlərin kənd təsərrüfatına, fermerlərin fəaliyyətinə, vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təminatına mənfi təsir göstərməməsi üçün bütün zəruri addımlar atılıb. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməklə bölgələrdə aqrar sektorda fəaliyyət davam etdirilir. Eyni zamanda, həm rayonlararası, həm də şəhərlərarası ərzaq məhsullarının daşınmasında heç bir problem yoxdur. Biz bu gün ölkənin aparıcı aqrar rayonlarından biri olan Bərdə rayonundayıq. Ötən il bərdəli fermerlər soğan ixracatından çoxlu gəlir əldə ediblər. Bu, bölgədə soğan əkininə, xüsusilə faraş soğan əkininə marağı artırıb. Bu il soğan sahələrində məhsul boldur. Artıq bir müddətdir ki, Bərdə, Beyləqan və Ağdamda may soğanının yığımına başlanıb. Fermerlər məhsulu həm daxili bazara çıxarır, həm də xarici ölkələrə ixrac edirlər”.

Daha sonra nazir İnam Kərimov Aqrar Elm və İnnovasiya Mərkəzinin Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin Zona Təcrübə Stansiyasının inzibati binasında yenidənqurma işləri ilə tanış olub, Tərtər rayonu sort sınaq məntəqəsində yeni üsulla pambıq əkini sahəsinə, İrəvanlı kəndində intensiv meyvə bağı, istixana və meyvə çeşidləmə məntəqəsinə baxış keçirib.

Kənd təsərrüfatı məhsulları istehsalçıları bildirib ki, məhsuldar toxumların səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Fermerlər məhsulların daşınması və ixracı ilə bağlı çətinliklərin olmadığını, bu il soğan ixracından daha çox gəlir əldə edəcəklərini bildiriblər. Əkinə vaxtında və mütəşəkkil başlanıldığını deyən fermerlər dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə