Təqvim
Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyətləri artırılıb
05 may 2020 - 12:20

Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) aqrar sahəyə ayrılan subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə monitorinqlər aparmaq, subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin etmək səlahiyyəti verilib.

Bu səlahiyyət Ölkə başçısının 01 may 2020-ci il tarixli Fərmanı ilə AKİA-nın Əsasnaməsinə edilmiş əlavəyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsini, habelə bu sahədə fəaliyyətin təşkilini və əlaqələndirilməsini həyata keçirən quruma həvalə olunub.

“Yeni səlahiyyətlərimiz bizə imkan verəcək ki, subsidiyaların aqrar sahəyə göstərdiyi qısa və uzunmüddətli təsiri araşdıraq, onların səmərəliliyini artırmaq istiqamətində təkmilləşdirmələr aparaq”, - deyə AKİA-nın sədri Mirzə Əliyev vurğulayıb. Agentlik sədri əlavə edib ki, qurumun qarşısında duran əsas məqsəd subsidiyaların aqrar sahənin inkişafına real təsirini təmin etməkdir: “Bunun üçün də subsidiyaların doğru ünvanlara çatması vacibdir”.

Qeyd edək ki, 2020-ci ilin yanvarından etibarən aqrar sahəyə subsidiya müraciətləri elektron sistem üzərindən qəbul edilir və fermerlərin kartlarına bir hissəsi nağdlaşdırılmayan, yalnız istehsal xərcləri üçün pos-terminallar vasitəsilə ödənilə bilən vəsait şəklində köçürülür. İlk olaraq bu qayda ilə ötən ilin payızlıq əkinləri üçün əkin subsidiyası və pambıq üçün məhsul subsidiyası ödənilib.

Sosial şəbəkələrdə paylaş:
Masallıda yeni məktəb binaları tikilir 17:41, 04 fevral 2023
GÜLAĞA TƏNHA: GƏLMİSƏN15:59, 04 fevral 2023
Azərbaycanda yeni cərimələr müəyyənləşdi 15:56, 04 fevral 2023
Xocalıda avtomobil dərəyə aşdı 15:38, 04 fevral 2023
Ruslar Xersonda Ukrayna qırıcısını vurdu 17:57, 03 fevral 2023
Prezident Tarif Şurasına əlavə səlahiyyətlər verdi 16:07, 03 fevral 2023
Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb 15:30, 03 fevral 2023
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxış edib +FOTO12:45, 03 fevral 2023
GÜLAĞA TƏNHA: DARA ÇƏKİR21:30, 02 fevral 2023
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 20:32, 02 fevral 2023
Molla rejimindən qadınlarla bağlı qərar 18:47, 02 fevral 2023
Azərbaycan və Rumıniya prezidentlərinin təkbətək görüşü olub 18:45, 02 fevral 2023
Mehriban Əliyeva "Gənclər Günü" ilə bağlı PAYLAŞIM ETDİ 18:33, 02 fevral 2023
Rumıniya Prezidenti Klaus Yohannisin rəsmi qarşılanma mərasimi olub +FOTO18:00, 02 fevral 2023
Ermənistanda hərbi formalar dəyişdirilir 15:30, 02 fevral 2023
Fransa İstanbuldakı konsulluğunu bağladı 15:28, 02 fevral 2023
Türkiyəli iş adamının qızı Londondakı evində ölü tapıldı18:40, 01 fevral 2023
Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlayır16:14, 01 fevral 2023
Saakaşvili vəsiyyətini elan etdi: Məni bu ölkədə dəfn edin16:00, 01 fevral 2023
GÜLAĞA TƏNHA: SƏNİN ADINA YAZDIM14:22, 01 fevral 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə