Həbs edilən icra başçısı haqda: rəsmi ittihamın təfərrüatı və başçının “uğur hekayəsi”

Təqvim
Həbs edilən icra başçısı haqda: rəsmi ittihamın təfərrüatı və başçının “uğur hekayəsi”
02 may 2020 - 12:30

“Mahir Quliyev Biləsuvarda hektarlarla torpaq sahəsini zəbt edib. Özünün və yaxınlarının əkin sahələrinə çevirib. Ən çox da sarımsaq əkirdi. Həm də Tovuz quşu həvəskarı idi”.
Bu fikirlər Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla həbs edilən Biləsuvar rayonunun icra başçısı olmuş Mahir Quliyevin rəhbəri olduğu rayondakı özfəaliyyəti ilə bağlıdır.
Mahir Quliyevin həbsi ilə bağlı bir sıra təfərrüat, onun icra başçısı olduğu müddətdəki özfəaliyyəti ilə bağlı yeni məlumatlar əldə edilib.
Məlum olub ki, Mahir Quliyevə qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.
Mahir Quliyev rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul tələb etməkdə, dövlət büdcəsindən təmir-tikinti, abadlıq işlərinə ayrılan vəsaitləri mənimsəməkdə, rayon ərazisində torpaq sahələrinin özbaşına tutaraq şəxsi məqsədlər üçün istifadə etməkdə, ayrı-ayrı vətəndaşların adına açılmış əməkhaqqı kartlarına köçürülən pulların nağdlaşdırılmasında suçlanır. Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə maddələri ittiham irəli sürülüb.
Əldə etdiyimiz məlumata görə, Mahir Quliyev barəsində həbs qətimkan tədbiri seçilmədən polis nəzarətinə verilməsi ehtimalı da var. Buna səbəb onun bir neçə həftə əvvəl ürəyindən əməliyyat edilməsi, səhhətində ciddi problemlərin olmasıdır. Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.
Qeyd edək ki, Mahir Quliyevlə birgə birinci müavini Xanlar Bayram oğlu Məmmədov, müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elsevər Cəmil oğlu Həsənov, müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Cəbrayıl qızı Yüzbaşova da istintaqa cəlb edilib.
Mahir Quliyev kimdir?
Mahir Quliyev 2011-ci ildən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
62 yaşlı Mahir Quliyev Kəlbəcər rayonunda anadan olub. 2000-ci ildə Bakı şəhərində“Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib. 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə “Yenilik” qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 2006-cı ildən 2011-ci ilədək Astara rayon İcra Hakimiyyətinin başçısı olub.
Mahir Quliyev mətbuatın diqqətində əsasən ofisiantlıqdan icra başçısı postuna yüksəlməsi ilə qalıb. Bu haqda Mahir Quliyevin vikipediya məlumatında da yazılırdı. Lakin Mahir Quliyev sonradan həmin məlumatları vikipediyadan sildirdi.
Haqlı olaraq o da sual edilirdi ki, Mahir Quliyev Biləsuvar rayonundan əvvəl Astaranın icra başçısı olana qədər dövlət idarəetməsində bircə gün belə işləmədiyi halda bu posta necə yüksəlib?
Mahir Quliyevin təhsili ilə bağlı da ilginc məlumat var. Maraqlıdır ki, Mahir Quliyevin 2000-ci ildə Bakıda “Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib.
Məlum olur ki, Mahir Quliyev bu təhsilini 42 yaşında alıb. Amma bu universitet Bakıda yox, Naxçıvanda yerləşir. Həm də universitet 1999-cu ildə yaranıb. Mahir Quiyev isə həmin universiteti 2000-ci ildə bitirib!? Onun hər hansı bir ali və ya orta ixtisas təhsil müəssisəsini bitirməsi haqqında “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində də məlumat yoxdur.
Mahir Quliyev başçısı olduğu rayonda hansı narazılıqlarla yadda qalıb?
Hesablama Palatası tərəfindən dövlət büdcəsindən 2013-2015-cı illərdə Biləsuvar rayon İcra Hakimiyyətinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrində yazılır ki, büdcədən ayrılmış vəsaitlərin bir qismi müxtəlif yollarla mənimsənilib.
Belə ki, tikinti obyektinin layihə ilə uyğunluğunu təmin etmək, həmçinin tikilən və ya yenidən qurulan kommunikasiyalarda yüksək keyfiyyətin təmin olunması məqsədilə layihənin müəllif nəzarətinin təmin olunması barədə qeydlər aparılmayıb, 2 layihə üzrə tərtib edilmiş dövlət ekspertiza rəyində bildirilmiş iradlar aradan qaldırılmayıb.
Bundan başqa Biləsuvar sakinləri adından yazılan şikayətlərdə qeyd edilir ki, Mahir Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün hektarlarla əkin sahələri yaradıb. M.Quliyev əsasən taxıl, qarpız və sarımsaq əkininə üstünlük verib. M.Quliyev həmçinin tovuz quşunu çox sevməsi ilə də bilinir.
Musavat.com 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə