Təqvim
Maska və əlcəkdən istifadə edilmədiyi üçün yazılan cərimələr ödənilməlidirmi?
25 aprel 2020 - 21:38

Vətəndaş iddia edir ki, karantin rejimi dövründə ona əlcək və maskadan istifadə etmədiyi üçün cərimə yazılıb.
Məsələ ilə bağlı həmin şəxs redaksiyamıza müraciət edib.
Onun iddiasına görə, tərtib edilən protokolda maska və əlcəkdən istifadə etmədiyi üçün cərimə olunduğu qeyd edilib:
“Cərimə Xətai rayonunun ərazisində yazılıb. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə rəisi Əliyev Elxan Əhliman oğlu tərəfindən protokol tərtib olundu. Mənə bildirildi ki, çölə çıxarkən qoruyucu vasitələrdən istifadə etməmək karantin rejiminin pozulması hesab olunur və inzibati məsuliyyət yaradır. Hazırda məndən yazılan cəriməni ödəməyim tələb olunur”.
Qeyd edək ki, protokol 3 aprel 2020-ci il tarixində yazılıb. Elə həmin tarixdə də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev mediada çıxışı zamanı maska və əlcək istifadə etmədikləri üçün polis əməkdaşları tərəfindən vətəndaşlara cərimə tətbiq olunmayacağını deyib. O bildirib ki, polis əməkdaşları vətəndaşlara qoruyucu vasitələrdən istifadəni yalnız tövsiyə edə bilər.
Bəs, vətəndaşlara sırf maska və əlcək taxılmadığı üçün yazılan cərimələr ödənilməlidir, yoxsa yox?
Mövzu ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, hər bir vətəndaş ona yazılan protokolla bağlı narazılığını dilə gətirə, şikayət edə bilər:
“Karantin qaydalarının pozulmasına dair yazılan protokollardan narazı olan vətəndaşlar varsa, şikayət ərizəsi ilə müraciət edə bilərlər. Verilən şikayət əsasında məsələyə baxılaraq, araşdırma aparılacaq. Araşdırmanın nəticəsinə uyğun olaraq, qərar veriləcək”.
Xatırladaq ki, ölkə ərazisində karantin rejimi çərçivəsində tətbiq olunan qaydaların pozulmasına görə, vətəndaşlara cərimə tətbiq edilir. Müvafiq qaydalar Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən təsdiq edilmiş qərarlarda öz əksini tapıb. oxu.az 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ, ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə