Təqvim
Azərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə start verilib
15 aprel 2020 - 14:39

Azərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə start verilib. Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvar rayonunun Ağaəlikənd kəndində fermer Nurəddin Mirzəyevin pambıq sahəsində çiyid səpini prosesində iştirak edib. Nazirə məlumat verilib ki, səpin aparılan təsərrüfatda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. Bildirilib ki, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilib, səpinin aparılması üçün texnikalar hazır vəziyyətə gətirilib.

Nazir pambıqçı fermer Nurəddin Mirzəyevlə söhbət edib, pambıq əkininə hazırlıq prosesi ilə maraqlanıb. Təsərrüfat sahibi bildirib ki, bu sahədə pambıq əkini tirə üsulu ilə həyata keçirilir. Sahədə lazımi aqrotexniki qaydaların yerinə yetirildiyini bildirən fermer bol məhsul əldə edəcəyinə əmin olduğunu vurğulayıb.

Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu il respublikanın 21 rayonu üzrə 100 min hektara yaxın sahədə pambıq əkini proqnozlaşdırılır: “Artıq sahələrdə intensiv səpinə start verilir. Pambıq əkini ilə bağlı 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanıb, əkin sahələrinin toxum, mineral gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb. Hazırda Biləsuvar rayonunda pambıq səpini prosesində iştirak edirik. Rayon üzrə 10603 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Biləsuvar rayonunda pambıqçılığın gözəl ənənələri var. Təkcə ötən il Biləsuvarlı fermerlər 30 min tona yaxın pambıq yığaraq qəbul məntəqələrinə təhvil veriblər”.

Nazir pambıqçılığa dövlət dəstəyi, bu ildən tətbiq olunan yeni subsidiya qaydaları barədə fermerlərə məlumat verib.

Nazir İnam Kərimov koronavirus pandemiyasının kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün dövlət başçısının tapşırığı əsasında müvafiq tədbirlərin görüldüyünü vurğulayıb: “Hazırki mərhələdə koronavirusun yayılmasının qarışısını almaq üçün dövlət tərəfindən görülən zəruri tədbirlərin fermerlərin aqrar fəaliyyətinə ciddi təsiri yoxdur. Aqrar sektorda fəaliyyət xüsusi karantin rejimi tələblərinə uyğun qurulur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, rayonlardan orta və iri tonnajlı maşınlarla paytaxta, digər böyük şəhərlərə və rayonlara kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasına icazə verilir. Fermerlər yerli icra hakimiyyəti orqanlarından aldıqları arayış əsasında məhsullarını sərbəst şəkildə paytaxt, böyük şəhərlər və rayonlara gətirib sata bilərlər. Eyni zamanda, məhsullar heç bir maneə olmadan bazarlara çıxarılır, həmçinin xarici ölkələrə ixrac edilir”.

Nazir İnam Kərimov əlavə edib ki, Ölkə Prezidenti cənab İlham Əliyev aprelin 14-də “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat məbləğində vəsait ayrılıb: “Aqrar sahə Cənab Prezidentin daim diqqət və qayğısında olan bir sahədir. Dövlət başçısının aprelin 14-də imzaladığı Sərəncam fermerlərimizə əlavə bir dəstəkdir. Bilirsiniz ki, xusisilə əkin dövründə fermerlərin mikrokreditlərə tələbatı yaranır. Fermerlər kredit üçün banklara müraciət edəndə  banklar tərəfindən  əksər hallarda onlardan kredit müqabilində Bakıda mənzil girovu tələb olunur. Cənab Prezidentin imzaladığı Sərəncam fermerlərin kredit almaq imkanlarını asanlaşdıracaq. Yeni Sərəncam fermerlərə girov tələb etmədən mikrokreditlərin verilməsini nəzərdə tutur”.

Fermer Nurəddin Mirzəyevə məxsus 6 hektarlıq sahədə kütləvi səpin işlərinə 2 çiyidsəpən aqreqat cəlb olunub. Çiyid səpini prosesi xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilib.

Daha sonra Kənd Təsərrüfatı Naziri İnam Kərimov Cəlilabad rayonunda faraş kartof və çiyələk sahələrinə baş çəkib, məhsul yığımı prosesini izləyib. Bildirilib ki, hazırda bölgələrdə faraş tərəvəz və çiyələk yığımına start verilib. Aparılan müşahidələr göstərir ki, məhsul ötən ilə nisbətən boldur. Əkinə vaxtında və mütəşəkkil başlanıldığını deyən fermerlər dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, hazırda cəlilabadlı fermerlər kartofu daxili bazarlara göndrməklə yanaşı, MDB ölkələrinə də ixrac edirlər. Fermerlər məhsulların daşınması və ixracı ilə bağlı çətinliklərin olmadığını, bu il kartof ixracından daha çox gəlir əldə edəcəklərini bildirirlər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İnşaat və əmlak
Gülağa Tənha Məktəb illəri VI hissə15:00, 26 may 2020
“Yaradıcı insanın ailə qurmağı düzgün deyil” - VIDEO15:11, 25 may 2020
Gömrük Akademiyasında semestr daxili imtahanlar onlayn qaydada keçirilir 15:07, 25 may 2020
"Evdə qal, evdə yarat", "Rəsm və əl işləri" müsabiqələrinin qalibləri mükafatlandırıldı 15:04, 25 may 2020
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib 15:00, 25 may 2020
Gülağa Tənha Məktəb illəri V hissə14:16, 25 may 2020
Azərbaycan arxeologiya elminin görkəmli nümayindəsi 13:56, 25 may 2020
Könüllülər maraqlı aksiya həyata keçiriblər 13:54, 25 may 2020
Koronavirusu öldürən supermaska ixtira olundu - VIDEO13:43, 25 may 2020
Dietoloqdan arıqlamaq istəyənlərə TÖVSİYƏ 13:39, 25 may 2020
Diş ərplərini ən sadə ev üsulu, bir qəpik belə xərcləmədən təmizləyin 13:38, 25 may 2020
Minadan açıq-saçıq FOTOSESSİYA 13:36, 25 may 2020
Akademik Musiqili Teatr "Ər və arvad" tamaşasının 110 yaşını qeyd edir 13:34, 25 may 2020
Seyid Əzim Şirvaninin qəzəlləri Özbək dilinə tərcümə layihəsi başa çatı 13:32, 25 may 2020
Gülağa Tənha RAMAZAN BAYRAMINIZ MÜBARƏK!12:29, 24 may 2020
“Aztelekom” MMC aztəminatlı ailələrə bayram sovqatı paylayıb 14:28, 23 may 2020
BDU-da “Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi” mövzusunda onlayn mühazirə keçirilib 14:25, 23 may 2020
6-dan sonra işləyən daha bir restoran tapıldı – Müştərilər daxil hər kəs cərimə edildi 14:23, 23 may 2020
Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub 14:19, 23 may 2020
Nazirlikdən veteran idmançılara dəstək 14:09, 23 may 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə