Təqvim
Tarix İnstitutunun alimləri hazırda onlayn rejimdə öz elmi tədqiqatlarını davam etdirirlər
14 aprel 2020 - 22:31

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun alimləri hazırda onlayn rejimdə öz elmi tədqiqatlarını davam etdirirlər.

İnstitutdan verilən məlumata görə, “1918-1921-ci illərdə Qafqazda mövcud olan dövlət qurumlarının tarixi”, “Azərbaycanın siyasi sürgün tarixi (1920-1950-ci illər)” və “Dərbənd tarixi: ən qədim zamanlardan günümüzədək” kitabları üzərində iş gedir.

Tarixçi alimlər İradə Bağırova “Ermənistan (Ararat) Respublikası və onun Azərbaycanla münasibətləri”, İkram Ağasiyev “Denikin təhlükəsinə qarşı mübarizədə Azərbaycan Xalq Cümhuriyyətinin Şimali Qafqaz respublikaları ilə əməkdaşlığı (1918-1920)”, “Azərbaycan Xalq Cümhuriyyətinin Dağlı Respublikası ilə əlaqələri (1918-1919)” və “XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Dərbəndin sosial-iqtisadi həyatı”, Kərim Şükürov “Azərbaycan əhalisi Stalin dövründə”, “Azərbaycanda siyasi sürgünlərin sayı, dinamikası və sürgün coğrafiyası” və “Siyasi sürgünlərin regional xarakteristikası”, İlqar Niftəliyev “Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğalı ərəfəsində Böyük Britaniyanın siyasəti” və “Azərbaycanın İkinci Dünya müharibəsində iştirakının bəzi məsələlərinə yeni baxış” və Lamiyə Qafar-zadə “İngiltərə-Səfəvi münasibətləri ingilisdilli tarixşünaslıqda” mövzuları üzərində tədqiqat aparırlar.

Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Lamiyə Qafar-zadə Avropanın görkəmli alimləri Edmund Hertsiq, Peter Qud, Cerri Brotton, Kuroş Meşkat, Elio Brankaforte və başqaları ilə elektron poçt vasitəsilə əlaqə yaradıb və onlarla fikir mübadiləsi aparıb. O, həmçinin Cerri Brottonun monoqrafiya və məqalələrini də təhlil edib. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə