Təqvim
AMEA-dan koronavirusla bağlı yeni açıqlama: Bolluca istirahət edin
20 mart 2020 - 12:17

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusdan qorunmanın yeni qaydalarını açıqlayıb.
Akademiyadan Modern.az-a bildirilib ki, AMEA-nın Biofizika İnstitutunda koronavirus (COVID-19) və ondan qorunma yolları barədə müzakirələr aparılıb, bir sıra vacib məlumatların ictimaiyyətə çatdırılması vacib hesab edilib.
Qeyd olunub ki, koronaviruslar ümumi soyuqdəymə kimi tənəffüs yollarının xəstəliklərinə səbəb olan virusların böyük bir ailəsidir.
Bildirilib ki, bəzi ölkələr çoxlu sayda xəstəni müayinə etmək iqtidarında deyillər:
"Azərbaycanda isə COVİD-19-a yoluxanların sayı çox azdır və dövlətin gördüyü radikal qabaqlayıcı tədbirlər bu xəstəliyin nisbətən tez aradan qaldırılacağını deməyə əsas verir. Bununla yanaşı, fərdlərin dezinfeksiya işlərinə ciddi yanaşmasının böyük əhəmiyyəti vardır".
AMEA-nın Biofizika İnstitutunda keçirilən müzakirələrdə vurğulanıb ki, koronavirus yoluxmasının qarşısını almağa kömək etmək üçün və ümumi soyuqdan qorunmaq üçün aşağıdakı qaydalara riayət olunması vacibdir:
- Əlləri sabun və ilıq su ilə yumalı və ya alkoqol tərkibli əl təmizləyicisi ilə yaxşıca silməli;
- Əlləri və barmaqları gözlərdən, burun və ağızdan uzaq saxlamalı;
- Yoluxmuş insanlarla yaxın təmasda olmaqdan çəkinməli;
- İctimai nəqliyyatdan və digər qələbəlik olan yerlərdən az istifadə etməli;
- İmkan daxilində alış-verişi onlayn etməli və ya ödəmələri elektron yolla, plastik kartlar vasitəsilə həyata keçirməli. (Nağd pul sellüloza lifləri ilə zəngin materialdan olduğundan onlar sellüloza lifləri arasında potensial virus daşıyıcısıdır. Azərbaycanda banklar nağd pulları dezinfeksiya etsələr də, xəstə insanlarla təmas nəticəsində koronavirus bu yolla da yayıla bilər. Ona görə küçə ticarətindən yayınmaq məsləhətdir).
Xüsusi qeyd etmək lazımdır ki, bir çox hallarda COVID-19-a yoluxmuş insanlarda xəstəlik simptomları olmur və onlar daşıyıcı rolunu oynayırlar. Ona görə də hər bir insanın dezinfeksiya qaydalarına rəiyyət etməsi olduqca vacibdir.
Koronavirus yoluxması zamanı və simptomları yüngülləşdirmək üçün soyuqdəyməyə qarşı edilən müalicəni etmək lazımdır:
- Bolluca istirahət etməli;
- Çox maye qəbul etməli, dehidrasiyadan (bədəndə su çatışmazlığı) yayınmalı;
- Boğaz ağrısı və hərarətə qarşı dərman qəbul etməli; (Lakin uşaqlara və 19 yaşdan kiçik gənclərə aspirin əks göstəriş olduğundan, həkim məsləhəti olmadan ibuprofen-dən istifadə edilməməlidir. Həkimlə məsləhətləşdikdən sonra asetaminofen tərkibli həblərdən istifadə edilməlidir).
- Nəmləndirici və ya parlı duş da iltihablı boğaz ağrılarını sakitləşdirməyə kömək edə bilər.
İmkan daxilində ətrafda olan vasitələrindən, alətlərdən və s. istifadə edərkən müxtəlif sterilləşmə metodlarından müntəzəm istifadə edilməlidir. Sterilləşmə metodlarına aşağıdaklar daxil edilə bilər:
- Kiçik məsaməli (nano ölçüdə) filtrlərdən süzməklə maye dərman preparatlarını sterilləşdirmək olar;
- Termal sterilləşmə metodlarından (qızdırmaq, qaynatmaq, təzyiq altında sterilləşmə və s.) istifadə etməklə metal, saxsı, şüşə və ya digər sudan qorxmayan materialları sterilləşdirmək olar.

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə