Təqvim
Mübariz Mənsimovun əleyhinə bu şəxslər ifadə verib -VİDEO
17 mart 2020 - 12:33

Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovu prokurorluğa şikayət edən şəxslərlə bağlı ehtimal var.
Mənsimovun vaxtilə məhkəməyə verdiyi, "Palmali” şirkətindəki baş direktor vəzifəsindən qovulan Alaatdin Aykaç və digər vəzifəli şəxs Fatih Berber adlı şəxslər iş adamının mühakimə olunduğu məhkəmədə onun əleyhinə sərt çıxışlar edib.
"Hüriyyet” qəzetinin 2016-cı ildə yayımladığı "Mubariz Mansimov eski CEO-n un peşini bırakmıyor" başlıqlı yazıda həmin şəxsləri adı çəkilir. Yazıda bildirilib ki, Mübariz Mənsimov həmin şəxsləri Türkiyə, Malta və Londonda 5 ittihamla məhkəməyə verərək ona aid olan 4 gəmini geri alıb. Maltada qeydiyyatda olan gəmilər haqqında cinayət işi açılan Alaatdin Aykaç tərəfindən mənimsənilsə də, məhkəmə bunu qanunsuzluq kimi dəyərləndirib və onların sahibinə qaytarılması barədə hökm çıxarıb.
Bundan başqa, Alaatdin Aykaç vaxtilə “Palmali”dən mənimsədiyi bütün pulları oğurlayıb gizli yaratdığı şirkətin hesabına köçürüb.
***
12:07
İstanbul Növbətçi Sülh Cəza Hakimliyi Mübariz Mənsimovun həbsinə Türkiyə Cümhuriyyəti Konsitutsiyasının 314.2-ci maddəsi əsasında qərar verib.

Bu maddə silahlı terror qruplaşmasına üzv olmaq cinayətini ehtiva edir.
Qeyd edək ki, 15 mart tarixində İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu şübhəlilər haqqında şikayət, xəbərdarlıq və İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılan təsbitlər istiqamətində başladılan istintaq əməliyyatları çərçivəsində axtarış və saxlanılma qərarı verilmişdi.
Bu da o deməkdir ki, Mübariz Mənsimov haqqında prokurorluğa şikayət daxil olub.
***
10:04
“Milliyet”in xəbərinə görə, İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən başladılan istintaq çərçivəsində saxlanılan Mübariz Mənsimov Qurbanoğlu və şirkətinin meneceri Nuray Nurcihan Perker dünən axşam Çağlayandakı İstanbul Ədalət Sarayına göndərilib.

Qurbanoğlu və Perker ifadə verdikdən sonra haqlarında həbs tələbi ilə məhkəməyə göndərilib.
Perker şərti azadlığa buraxılıb, Mənsimov isə həbs olunub.
***
09:39
“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov həbs olunub.

Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Qeyd edək ki, Mənsimov Fətullah Gülən Terror Təşkilatı (FETÖ) ilə əlaqələri olduğu ittihamı ilə saxlanılmışdı. Video: Sevinc Xanqızı  publika.az 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT, ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə