Təqvim
DTX və Baş Prokurorluq “Amrahbank”da əməliyyat keçirdi - SAXLANILANLAR VAR
14 mart 2020 - 13:10

"Daxil olmuş əməliyyat məlumatları əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 13 mart 2020-ci il tarixdə həyata keçirilmiş birgə operativ əməliyyat-axtarış tədbirləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “Amrahbank” ASC-nin paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Azadlıq” filialının inzibati binasında icarəyə götürdükləri otaqda qanunsuz olaraq valyuta mübadilə əməliyyatlarının aparıldığı müəyyən edilib".
Qurumlardan verilən birgə məlumata görə, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq filial rəhbərinin razılığı ilə qeyd edilən ünvana keçirilmiş baxış zamanı bankın kassasından kənar şəkildə qanunsuz mübadilə fəaliyyətində istifadə olunan ümumilikdə 697 min ABŞ dolları, 345 min manat, 85 min avro, 280 funt sterlinq, 10 milyon Rus rublu, 19 min Türk lirəsi, 7 min BƏƏ dirhəmi, 3 min Səudiyyə Ərəbistanı realı və digər xarici ölkə valyutası, eləcə də qara mühasibatlıqda istifadə olunmaqla dövriyyə ilə əlaqədar əlyazma qeydlərinin aparıldığı kitabça aşkar edilərək maddi sübut kimi götürülüb:
"İlkin araşdırmalarla həmin bankın işçiləri olmayan Mahir İbrahimov, Vüqar Qədirov və Ənvər İdayətzadənin qabaqcadan əlbir olub qrup şəklində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) almadan qanunsuz olaraq valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olmalarına və bununla da vətəndaşlara, təşkilatlara və dövlətə külli miqdarda ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı ilə əlaqədar Mahir İbrahimov, Vüqar Qədirov və Ənvər İdayətzadə Cinayət Məcəlləsinin 192.2.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan külli miqdarda gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsi ilə şübhəli şəxs qismində tutulublar. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Həmçinin, istintaqın gedişində “Amrahbank” ASC-nin “Azadlıq” filialının əməkdaşlarının qeyd edilən qanunsuz hərəkətlərin törədilməsində iştirak edib-etməmələrinin Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisləri tərəfindən araşdırılması təmin ediləcək".
"Belə qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur. Eyni zamanda, bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan neqativ halların müəyyən edilərək aradan qaldırılması, bu sahədə baş verən qanun pozuntularının qarşısının alınması məqsədilə birgə zəruri qabaqlayıcı tədbirlər davam etdirilir",-deyə rəsmi məlumatda qeyd olunub. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BİZNES, ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə