Təqvim
İpoteka və Kredit Zəmanət Fondunun məlumatı:
03 mart 2020 - 13:07

 İpoteka və Kredit Zəmanət Fondu (Fond) bildirir ki, bugünədək 5400-dən çox vətəndaşkirayə mənzil modulu üzrə elektron müraciətini Fondun “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə formalaşdırıb və bu proses davam etməkdədir. Kirayə mənzil əldə etmək istəyən vətəndaşlara elektron kabinetin formalaşdırılmasını yekunlaşdırmaq tövsiyə olunur.

Müraciətlərin qəbuluna başlanması vaxtı ərizəçinin elektron kabinetində yerləşdiriləcək və bu barədə onlara SMS məlumat veriləcək.

Qeyd edək ki, şəffaflığın təmin edilməsi məqsədilə bütün müraciətlər elektron sistem vasitəsi ilə növbəyə alınacaq, növbəlilik barədə məlumat elektron kabinetdə və Fondun informasiya resurslarında əks olunacaq. Bu məlumatların həm müraciət edən vətəndaşlar, həm də ictimaiyyət üçün açıqlığı Fond tərəfindən mütəmadi qaydada təmin ediləcək.

Onu da bildirmək lazımdır ki, vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsi elektron sistem vasitəsi ilə əldə olunan rəsmi məlumatlar əsasında Fondun açıq bəyan etdiyi meyarlar üzrə həyata keçiriləcək.

İpoteka və Kredit Zəmanət Fondukirayə mənzillərə dair vətəndaşlarınməlumatlandırılması, qeydə alınan ilkin müraciətlərin sayı və proseslərin gedişatı ilə bağlı bütün lazımi məlumatları mütəmadi olaraq ictimaiyyətə bundan sonra da bildirəcək.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BİZNES
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə