Narkotik vasitələrin realizə edilməsinin qarşısı alınıb

Təqvim
Narkotik vasitələrin realizə edilməsinin qarşısı alınıb
29 fevral 2020 - 12:23

 Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə qabaqcadan əlbir olan bir qrup şəxsin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirdiyi külli miqdarda narkotik vasitələrin ölkə ərazisində realizə ediləcəyi barədə məlumat daxil olub.
Həmin məlumat əsasında, Bakı şəhəri, Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsində yerləşən otelin qarşısında Dövlət Gömrük Komitəsi və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları birgə əməliyyat tədbiri keçirib.
Əməliyyat tədbiri zamanı Azərbaycan Respublikasının vətəndaşı Quliyev Elnur Baloğlan oğlu narkotik vasitələrin alqı-satqısını həyata keçirmək üçün "Lada" markalı, 10-SX-776 qeydiyyat nişanlı minik avtomobili ilə həmin yerə gəlib.
O, özü ilə gətirdiyi sellofan torbanın içərisindəki 1 bağlamada 183 qram heroini, 2 bağlamada isə ümumilikdə1960 qram tiryəki şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.
Vətəndaşın üzərində şəxsi axtarış zamanı isə gödəkcəsinin cibində 1 bükümdə 16,4 qram heroin, 2 bükümdə isə ümumilikdə 12,5 qram tiryək aşkar edilib.
İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Quliyev Elnur Baloğlan oğlu bu il fevralın əvvəllərində külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş şəxslə telefon vasitəsilə, ölkə ərazisində isə tanışı Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəhrad Xaliq oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib.
Quliyev Elnur Baloğlan oğlu və Abbasov Fəhrad Xaliq oğlu törətdikləri əməlləri etiraf edib və onlar şübhəli şəxs qismində tutulub.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilən həmin şəxslərə müvafiq maddələrlə ittiham elan edilib və barələrində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayətkar qrupun digər üzvlərinin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat axtarış tədbirləri davam etdirilir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə