Təqvim
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.
18 fevral 2020 - 17:20

Fevralın14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Birinci məsələ ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli danışıb. Azərbaycan Milli Elmlər Akademiyasının 28 dekabr 2019-cu il tarixində keçirilmiş Ümumi yığıncağında AMEA-nın Nizamnaməsinin yeni redaksiyada qəbul olunduğunu xatırladan akademik İsa Həbibbəyli Nizamnamə üzrə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin yeni yaradılmış Elmi şurasının tərkibindən bəhs edib.Qeyd olunub ki, Rəyasət Heyətinin qərarı ilə HİEB-in Elmi şurasının yeni tərkibi müavinlər – akademik Teymur Kərimli və akademik Nərgiz Axundova və 14 nəfər tanınmış alimdən ibarət üzvlərlə təsdiqlənmişdir.
Sonra “Elm və həyat” jurnalı barədə çıxış edən akademik İsa Həbibbəyli 1961-ci ildən nəşr olunan jurnalın yarandığı ilk dövrlərdən öz səhifələrində dünyanın və Azərbaycanın görkəmli alimlərinin elmi əsərlərinin nəticələrinin işıqlandırılmasına, bu nəticələrin həyat və cəmiyyətin inkişafı ilə əlaqələndirilməsinə, gənc alimlərin apardığı tədqiqatların nəticələrinin təbliğinə geniş yer ayırmaqla bütün dünyada ənənə halını almış elmintəbliğinə layiqli töhfələr verdiyini nəzərə çatdırıb. Akademik jurnalın yüksək keyfiyyətli tərtibatda nəşr olunmasının zəruriliyindən söz açıb.
İclasda “Elm və həyat” jurnalının zəngin ənənələrinin müasir dövrün elmi-kütləvi nəşr tələblərinə uyğun, yüksək poliqrafik tərtibatda davam etdirilməsi məqsədilə redaksiya heyətinin yeni tərkibi təsdiq olunub.
Sonraakademik Fərəməz Maqsudovun 90 illik, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun 100 illik, AMEA-nın müxbir üzvü Yevgeni Paxomovun 140 illik və AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın 70 illik yubileylərinin keçirilməsi qərara alınıb.
Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının tərkibi barədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevbölmənin 15 yanvar 2020-ci il tarixində Ümumi yığıncağının keçirildiyini, gizli səsvermə nəticəsində YEB-in Elmi şurasının üzvlərinin seçildiyini bildirib. Rəyasət Heyətinin qərarı ilə tərkib təsdiqlənib.
İslasda, həmçininAMEA-nın Kimya Elmləri Bölməsinin Elmi şurasının tərkibi bərədə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının tərkibi ilə bağlıisə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək Elmi şuraların üzvlüyünə keçirilən seçkilərin nəticələrindən danışıblar.
Qərarla bölmələrin Elmi şuralarının yeni tərkibi təsdiqlənib.
Daha sonra Azərbaycan Respublikası “Qırmızı Kitabı”nın III nəşri üzrə iş proqramı haqqında akademik İradə Hüseynova çıxış edərək Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyəti tərəfindən 2020-2023-cü illəri əhatə edən iş proqramının hazırlandığını iclas iştirakçılarının nəzərinə çatdırıb. Kitabın III nəşri üzrə 2020-2023-cü illəri əhatə edən iş proqramı ətrafında müzakirələr aparıldıqdan sonra Rəyasət Heyəti tərəfindən proqram qəbul edilib. Bununla yanaşı, nəşrlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq məsələlərin birgə müzakirəsinin təşkil edilməsi məqsədəuyğun hesab edilib. “Qırmızı Kitabı”n III nəşri ilə əlaqədar elmi-təşkilati, texniki, maliyyə və s. məsələlərin vaxtında və səmərəli həllini nəzərdə tutan multidissiplinar elmi-tədqiqat proqramının hazırlanması tövsiyə olunub.
“AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturu və ştat cədvəli barədə növbəti məsələ ilə bağlı AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov çıxış edib.O, Məhdud Məsuliyyətli Cəmiyyətinyeni strukturunun müasir dövrüntələblərinə uyğunlaşdırıldığını və bununla daYTP-ninstruktur vahidlərinin işinin daha da təkmilləşdiriləcəyini diqqətə çatdırıb.
Müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin struktur və ştat cədvəli təsdiqlənib.
Sonda kadr məsələsinə baxılıb. Akademik İbrahim Quliyev öz ərizəsiyləAMEA-nın Neft və Qaz İnstitutunun direktoru vəzifəsindən azad edilib və institutun direktoru vəzifəsinin icrası akademik Fəxrəddin Qədirova həvalə edilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə