Təqvim
Ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir (+FOTOLAR)
29 noyabr 2019 - 17:26

Canveten.az xəbər verir ki, ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsini prioritet hesab edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında tullantı sularının idarə olunması, ətraf mühitə ziyan vurmadan təmizlənib kənarlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Cəbhəyanı  bölgədə yerləşən Ağcabədi şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb, hazırda tullantı sutəmizləyici qurğuda son tamamlama işləri aparılır.

Məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksi təmizləyici qurğu, kompressor və anbardan ibarətdir. Qurğunun girişində iri və xırda barmaqlıqlar, qumtutucular inşa edilib və  avadanlıqların quraşdırılmasına hazırlıq görülür. Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub.Tullantı sutəmizləyici qurğu istismara verildikdən sonra Ağcabədi şəhərində su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri tam yekunlaşacaq.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankının birgə layihəsi çərçivəsində şəhərin içməli su təchizatı infrastrukturu yenidən qurulub. Ağcabədi şəhərini içməli su ilə təmin etmək üçün 14 subartezian quyusu qazılıb, su mənbəyindən şəhərədək 30 km magistral su xətti və ümumi tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib. Layihəyə uyğun olaraq şəhərdə 214 km içməli su və 192 km kanalizasiya şəbəkələri yaradılıb, 8 mindən çox abonentə birləşmə verilib. Ağcabədi şəhərində icra olunan layihədən  45 minədək sakin faydalanıb.

“Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələr çərçivəsində Şamaxı, Qəbələ və Göyçay şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb. Hazırda Ağcabədi şəhəri ilə yanaşı, Ağdaş, Beyləqan, Qobustan, Xızı, Daşkəsən, Xaçmaz və Naftalan şəhərlərində də belə qurğular inşa olunur.

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, BANK
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə