Təqvim
Bu evlərə "kupça" vermək mümkün olmayacaq
14 sentyabr 2021 - 13:14

Sənədsiz evlərə əmlak çıxarışlarının verilməsi ilə bağlı qərar verilsə, Bakı və Abşerondakı tikililərin 30 faizi müvafiq imtiyazdan kənarda qalacaq.
 

Bunu əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, sənədsiz evlər problemi artıq uzun illərdir davam edir və qeyri-rəsmi rəqəmlərə görə, Bakı və Abşeron ərazisində 500 minə yaxın çıxarışsız fərdi həyət evi var: "Bu evlərə çıxarış verilməsi üçün ilk növbədə torpağın təyinatı dəyişməlidir. Artıq insanlarda bu barədə qorxu var. Çünki inamla yanaşırdılar ki, bu evlər sənədləşəcək. Amma nəinki 30 il, hətta daha əvvələ aid tikililərə belə sənəd verilməyib. Məsələn, Bakının Yasamal rayonunda "Alatava", "Papanin", "Köhnə Sovetski" ərazilərində çıxarış yoxdur. Buradakı evlərin yaşı bəlkə də 80-100 ilə bərabərdir. Buna baxmayaraq, çıxarış verilmir. Lakin qanunvericilikdə belə bir müddəa var ki, əgər bir vətəndaş bir mənzildə 30 il yaşayırsa, 30 il ərzində həmin mənzilə iddiaçı çıxmayıbsa və orada yaşamasını sübut edən amillər varsa, vətəndaş bu minvalla həmin evə çıxarış ala bilər".
 

Ekspert çıxarışların verilməsinin üstünlüklərindən də danışıb. Bildirib ki, bu, həm vətəndaşın, həm də dövlətin xeyrinə olacaq: "Çıxarışlı mənzillərin alqı-satqısı zamanı hər kvadratmetrə görə dövlətə vergi ödənilir. Amma bu gün ən çox əmlak satışı çıxarışsız həyət evləri üzərindən aparılır. Çünki burada qiymətlər çıxarışlı mənzillərlə müqayisədə çox aşağıdır. Həmçinin, yeni binalara da çıxarışlar uzun illərdən sonra verilir. Həmin vaxt ərzində isə bu mənzillər demək olar ki, 4-5 dəfə alınıb-satılır. Lakin çıxarışın olmaması səbəbindən dövlət bu alqı-satqıdan da yararlana bilmir. Əgər sənədlər vaxtında verilsə və digər həyət evləri də sənədləşdirilsə, dövlət büdcəsinə kifayət qədər böyük vəsait daxil ola bilər".
 

E.Fərzəliyev onu da qeyd edib ki, çıxarışlar verilsə belə, bir çox vətəndaş bu imtiyazdan məhrum olacaq: "Sənədsiz evlərlə bağlı amnistiya olsa, bu tikililərin təxminən 70 faizdən çoxu çıxarışla təmin oluna bilər. Yerdə qalan 30 faizinə isə düşünürəm ki, çıxarış vermək mümkün olmayacaq. Çünki həmin evlər çox təhlükəli yerlərdə, yüksəkgərginlikli elektrik xətlərinin altında tikilib. Ümumilikdə çıxarışların verilməsi həm vətəndaş, həm də büdcə üçün faydalı olar. Eyni zamanda, bəzi ölkələrdən, xüsusən də ərəb ölkələrindən olan vətəndaşlar Azərbaycanda daşınmaz əmlak almaq istəyirlər və ya xarici ölkə vətəndaşı olan azərbaycanlılar burada əmlaka yatırım etmək istəyirlər, amma çıxarış olmadığından bunu edə bilmirlər. Yəni, sənədlərin olmaması ölkəyə gələ biləcək valyuta axınının da qarşısını almış olur. Ümid edirik ki, problem ən qısa zamanda həllini tapacaq".

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© trend
Kateqoriya:
SİYASƏT, BANK
Qonşu dövlətdə koronavirusun “Eta” ştammı yayıldı20:37, 21 sentyabr 2021
Cristiano Ronaldonu aldadıb 3 milyonunu aldılar17:58, 21 sentyabr 2021
Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib +FOTO=517:44, 21 sentyabr 2021
Ölən erməni əsgərin anası qadın jurnalistin üstünə su tökdü +VİDEO15:38, 21 sentyabr 2021
"Hərbi texnikalarımız əlimizdən alınaraq Qarabağdan çıxarılır"- Ermənilərdən etiraf14:44, 21 sentyabr 2021
“Üç qardaş - 2021” beynəlxalq təlimində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib (+FOTO=9, +VİDEO)14:15, 21 sentyabr 2021
Permdə universitetdə terror törədən gəncin ANASI DANIŞDI14:07, 21 sentyabr 2021
İrandan Xankəndiyə qanunsuz YÜKLƏR DAŞINIR13:10, 21 sentyabr 2021
Aeroportlarda koronaya yoluxmuş şəxsləri itlər aşkar edəcək 12:28, 21 sentyabr 2021
Taksi sürücülərinin NƏZƏRİNƏ! Oktyabrdan etibarən...11:04, 21 sentyabr 2021
Bu xəstəxanda saxta COVID-19 pasportu verilib10:56, 21 sentyabr 2021
Ağdam sakini minaya düşdü 10:27, 21 sentyabr 2021
Doğum gününə göndərilmiş hədiyyə qutusundan bomba çıxdı 09:49, 21 sentyabr 2021
Həbsdə olan sabiq icra başçısı virusa yoluxdu- ECMO cihazına qoşulub18:23, 20 sentyabr 2021
12 yaşlı məktəbli tanışından hamilə qaldı 18:19, 20 sentyabr 2021
IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi çap olundu 17:59, 20 sentyabr 2021
Uşaqlar arasında yeni virus yayılmağa başlayıb 16:44, 20 sentyabr 2021
Azərbaycanın “Avroviziya-2022”də iştirakı təsdiqlənib 15:53, 20 sentyabr 2021
Perm Universiteti terrordan sonra +VİDEO (+YENİLƏNİB+2)15:47, 20 sentyabr 2021
Kosmosda film çəkiləcək- Rsuiyadan bir İLK15:26, 20 sentyabr 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə