Təqvim
İsmayıllı rayonunda uzunluğu 15 km olan 2 yol layihəsinin icrası yekunlaşıb (+FOTOLAR)
21 noyabr 2019 - 14:03

Canveten.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, ölkə əhəmiyyətli yolların inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası ilə həm vətəndaşların rahat gediş-gəlişi təmin olunur, həm də ölkəmizin turizm potensialı daha da genişləndirilir. Bu tapşırığın icrası ilə əlaqədar olaraq İsmayıllı rayonu ərazisində cari ildə 2 yol infrastrukturu layihəsinin icrası yekunlaşıb.

Dövlət başçısının İsmayıllı rayonunda vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində verdiyi sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunmuş yol infrastrukturu layihələrinin ümumi uzunluğu 15 km təşkil edir.

Söhbət başlanğıcını respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunun 30-cu km-dən götürən Təzəkənd-Ağbulaq-Qoşakənd, həmçinin başlanğıcını respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 27-ci km-dən götürən Quşencə-Zoğallıq marşrutları üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yollarından gedir.

5 yaşayış məntəqəsini əhatə edən IV texniki dərəcəli olan avtomobil yolları uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idilər, çiyinlər atmosfer yağıntıları nəticəsində yuyulmaya məruz qaldığından aşağı səviyyədə idi, küvetlər dolmuş və səth sularının kənarlaşdırılması çətinləşmişdir, üstəlik yolun bəzi hissələrində torpaq yatağı təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranmışdır.

Bütün bunlar nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, təxirəsalınmaz tədbirlərə start verildi. Layihəyə uyğun olaraq, yollar boyu torpaq yatağının deformasiyaya uğramış hissələri və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə işləri aparılıb, qazılmış və genişləndirilmiş hissələrə, həmçinin yolun torpaq yatağının bərpası və yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa edilib.

Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün yeni suötürücü boruların quraşdırılmasına ehtiyac var idi. Bunun üçün yollar boyu müxtəlif diametrlərə malik 191 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü borular, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün 122 paqon-metr metal boruların quraşdırılması işləri müvəffəqiyyətli icra edilib.

Küvetlər dolduğundan və səth sularının kənarlaşdırılması çətinləşdiyindən, bundan başqa bəzi hissələrdə küvetlərin mailliyi çox olduğu üçün yuyulmalar və dağılmalar baş verdiyindən layihələr çərçivəsində 1200 paqon-metr uzunluğunda küvet hissə avtoqreyderlə açılıb, 900 paqon-metr uzunluğunda yeni “U” şəkilli dəmir-beton küvetlər, bundan başqa lazımi qalınlıqda yol əsasının inşası işləri aparılıb.

Yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Ümumilikdə tikintinin aparıldığı sahə 150 min kv.m-ə yaxındır.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 7 avtobus dayanacağının inşa edilib, hərəkətin normal təşkil üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

Avtomobil yollarının yenidən qurulması 5 mindən artıq əhalisi olan 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də kənd və qəsəbələri birləşdirən yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasıdır.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, BANK, TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə