Təqvim
Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulub (+FOTOLAR)
08 noyabr 2019 - 17:11

Canveten.az xəbər verir ki,  Qazax rayonunun Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb.

 Uzunluğu 16 km olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu iki hissə üzrə yenidən qurulub. Bu Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11.5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 km-dən ayrılan və 4.5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.

 Yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu IV texniki dərəcli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan  yol geyimi və yolun əsası, həmçinin torğaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranmışdır.

Layihəyə uyğun olaraq mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, təqribən 36 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülüb.

Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması tələb olunurdu. Bu səbəbdən müxtəlif diametrlərə malik 9 ədəd 120 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü borular quraşdırılıb və izolyasiya olunub, avtoqreyderlə 9300 paqon-metr küvetlərin açılması işləri görülüb.

Daha sonra tikinti norma və standartlarına uyğun olaraq torpaq yatağının avtoqreyderlə profilə salınması, 36 sm hündürlükdə karxana çınqılı və optimal  qum-qırmadaş  qarışığından əsasın  alt və üst layının 180 min kv.m sahədə tikintisi işləri görülüb. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layı 7 sm , üst layı isə 5 sm qalınlıqda iri və xırda dənəli olmaqla asfalt beton qarışığı ilə salınması, çiyin hissələrin 14 min kv.m sahədə optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi işləri aparılıb, 22 yol birləşməsi təmir edilib.

 Layihənin sonuncu mərhələsi çərçivəsində 5 yerdə avtobus dayanacağı qoyulub, hərkətin normal təşkili üçün 42 km göstəricisi, 52 yol nişanı, 600 siqnal dirəyi quraşdırılıb, 48 km yolcızgi və yol göstərici xətləri çəkilib.

13 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi vətəndaşların rahat gediş-gəlişini təmin edir, yük və sərnişin daşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirir.

 Qeyd edək ki, bundan öncə Qazax rayonunda dövlət başçısının sərəncamına əsasən, respublika əhəmiyyətli Qazax-Uzuntala avtomobil yolunun 7-ci km-dən ayrılan Cəfərli kəndinin yolu da əsaslı şəkildə yenidən qurulmuşdu. 7 km uzunluğa malik Cəfərli  avtomobil yolu  qara örtüklü olmaqla III texniki dərəcəlidir. Görülən işlər bütün hərəkət iştirakçıları üçün rahat və təhlükəsiz yeni və müasir yol infrastrukturunun yaradılmasına imkan verib, yük və sərnişin daşımasının asanlaşmasına şərait yaratmaqla 5 minə yaxın vətəndaşın sosial rifah halına müsbət təsir göstərib.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, BANK, TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə