Təqvim
Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrində müvafiq vəzifələri tutmaq üçün seçkilər keçirilib (+FOTO)
05 noyabr 2019 - 12:30

Canveten.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclasında bölmənin 4 elmi-tədqiqat institutlarının müvafiq şöbə və laboratoriyalarına müdir, aparıcı və böyük elmi işçi vəzifələrinə seçkilər keçirilib.

İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev rəhbərlik etdiyi qurumun elmi-tədqiqat müəssisələrinə şöbə və laboratoriya müdiri, aparıcı və böyük elmi işçi vəzifələrinə vakant yerləri tutmaq üçün “Şərq Qapısı” qəzetinin 10 sentyabr 2019-cu il tarixli sayında dərc edilən elanla bağlı 12 nəfərin müraciət etdiyini bildirib.

Daha sonra seçkilərin keçirilməsi üçün Hesablayıcı komissiya yaradılıb. Komissiyanın sədri bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, üzvləri isə AMEA-nın müxbir üzvüləri Əbülfəz Quliyev və Tofiq Əliyev seçiliblər.

Gizli səsvermənin nəticələrinə görə, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinə, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov Antik və orta əsrlər arxeologiyası şöbəsinə müdir, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyeva “Xalçaşünaslıq” elmi-tədqiqat qrupuna rəhbər, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev Bioresurslar İnstitutunun Dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasına, kimya üzrə fəlsəfə doktorları, dosent Günel Məmmədova Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasına, Qorxmaz Hüseynov isə Mineral xammalın kimyası və texnologiyası laboratoriyasına rəhbər vəzifələrinə, 5 nəfər isə aparıcı və böyük elmi işçi vəzifələrinə seçiliblər.

Səsvermə yolu ilə seçilən əməkdaşlar Rəyasət Heyətinin qərarı ilə təsdiq olunublar.

 

 

***

“Axtarışlar” jurnalının növbəti sayı çapdan çıxıb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının cari ildə üçüncü nömrəsi işıq üzü görüb.

Elm və təhsil müəssisələrində çalışan əməkdaşların ədəbiyyat, folklor, dil və sənətşünaslıq sahələrində apardıqları tədqiqatların yer aldığı nəşrin növbəti sayında “Akademik İsa Həbibbəyli və Naxçıvan ədəbi mühiti”, “Azərbaycan dilinin Naxçıvan dialekt və şivələrində işlənən bir sıra leksik vahidlər haqqında”, “Azərbaycan karikatura sənətinin təşəkkülü, inkişafı və təsir dairəsi”, “Gəmiqaya qayaüstü rəsmlərində ovçuluq motivləri”, “Orta əsrlərin toxuculuq nümunələrində miniatür rəngkarlığından istifadə”, “Azərbaycanın oyma sənətində ornament xüsusiyyətlər”, “Sənətşünas Ələkbər Qasımov” və digər müxtəlif səpkili elmi məqalələr əksini tapıb.

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə