Təqvim
Qusarlı gənclərin iştirakı ilə “Yurdum Azərbaycanım” mövzusunda intellektual turnir keçirilib (+FOTOLAR)
29 oktyabr 2019 - 14:47

Canveten.az xəbər verir ki, Qusar rayonunda vətənpərvərliyin intellektual oyunlar vasitəsilə təbliği məqsədilə  yeniyetmə və gənclərdən ibarət 9 komandanın iştirakı ilə yarış keçirilib.

Azərbaycan Gənclər Fondunun maliyyə  dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Yurdum Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində keçirilən tədbirin rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri Ramin Mahmudov bildirib ki, turnirin keçirilməsində əsas məqsəd ölkə Prezidenti cənab İlham Əliyevin Nəsiminin 650, Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, İsmayıl Şıxlının 100, Əhməd Ağaoğlunun 150 illik yubileylərinin keçirilməsi ilə əlaqədar verdiyi sərəncamlardan irəli gələn vəzifələrin gənclər arasında təbliğinə dəstək vermək, eyni zamanda vətənpərvərliyin gənclər arasında intellektual oyunlar vasitəsilə təbliğinə nail olmaqdır.

Tədbirdə çıxış edən Qusar rayon Gənclər və İdman idarəsinin məsul işçisi Sevil Dəmirova tədbirin Qusarda keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, bu kimi əyləncəli və öyrədici tədbirlər yeniyetmə və gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm də daha həvəslə yeni bilikləri qavramasına təkan verir.

Rəsmi hissədən sonra yarışa start verilib. Birinci mərhələdə 9 komanda yarımfinala vəsiqə uğrunda mübarizə aparıb. 8 turun nəticələrinə əsasən ilk 4 yeri tutan komandalar mübarizəni  ikinci mərhələdə davam etdirmək hüququ qazanıb.  Yekunda “Pentaqon” biliciləri turnirin qalibi adını qazanıb. Həsənqala kəndinin təmsil edən “De Fakto” komandası ikinci, “Yamotho” adını daşıyan komanda üçüncü  olub.

Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və müxtəlif bədii ədəbiyyat nümunələri ilə eyni zamanda layihənin tərəfdaşı “Ekspress Təhsil Mərkəzi”nin hədiyyələri və müvafiq olaraq 80,60 və 40 faizlik güzəştli təhsil kuponları ilə təltif ediliblər.

 

Sosial şəbəkələrdə paylaş:
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
“Statistika anlayışı və statistik məlumatlara giriş imkanları” – Masallıda seminar 17:03, 26 aprel 2024
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin hesabat-seçki konfransı 19:18, 25 aprel 2024
“Yaşıl dünya boyalarda” – Masallıda tədbir 17:53, 25 aprel 2024
Vəli İsrafilov Avropa çempionudur 21:22, 24 aprel 2024
VƏTƏN ƏMANƏTİ – Masallıda orduya yaz çağırışı 20:46, 24 aprel 2024
Masallıda şəhid ailəsi üçün ev tikilib 16:32, 24 aprel 2024
Azərbaycanla Rusiya arasında münasibətlərin yeni mərhələsi 13:37, 24 aprel 2024
Masallı kitabxanasının 100 illik yubileyi 21:47, 23 aprel 2024
Masallıda görkəmli bəstəkarın yubiley tədbiri 15:12, 22 aprel 2024
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə