Təqvim
XIRDALANDA 35 MİN ABONENTİN QAZ TƏCHİZATINDA YENİLİK (+FOTOLAR)
26 oktyabr 2019 - 02:19

Canveten.az xəbər verir ki,  Abşeron rayonu Müşfiqabad Qaz Paylayıcı Stansiyasından Xırdalan şəhərinə gələn 2800 m uzunluqda yeraltı 530 mm diametrində olan polad boru kəməri uzun illər istismarda olduğundan korroziyaya uğrayaraq yararsız hala düşmüşdür. Tez-tez qaz sızmaları baş verirdi və bu kəmər əhalini normal təzyiqdə qazla təmin etmək üçün çətinlik yaradırdı. Bu ilin avqust ayından həmin qaz kəmərinin diametri 400 mm olan polietilen borularla əvəz olunmasına başlanılıb. Qaz kəməri 3 yerdə dəmir yolu, 1 yerdə Bakı-Şamaxı avtomagistralı və 3 yerdə Xırdalan şəhərinin daxili küçə avtomobil yolları ilə kəsişməklə yeraltı çəkilib. Bu gündən işə salınacaq yeni kəmər Xırdalan şəhərində 35 min abonentin və sənaye obyektlərinin normal təzyiqdə qazla təmin etməyə imkan verəcək.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
BANK

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə