Təqvim
“Yaşıl Planet” beynəlxalq tələbə məktəbinin iştirakçıları BDU-da olub (+FOTOLAR)
24 oktyabr 2019 - 16:48

Canveten.az xəbər verir ki,  Bakı Dövlət Universitetində (BDU) Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “MDB iştirakçı dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu” və “Ekosfera” Sosial-ekoloji Mərkəzi ilə birgə “Yaşıl Planet” beynəlxalq tələbə məktəbinin “Biomüxtəliflilik, ekosistem xidmətləri və xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi” mövzusunda plenar sessiya keçirilib.

Tədbiri giriş sözü ilə BDU-nun rektoru Elçin Babayev açaraq 100 illik yubileyi qeyd olunan Bakı Dövlət Universitetində ekoloji təhsil və maarifləndirmə sahəsində aparılan yeniliklər və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlərdən bəhs edib. Azərbaycanda ekoloji maariflənməyə və ətraf mühitin qorunmasına xüsusi diqqət göstərildiyini bildirən rektor layihənin ekologiya sahəsində çalışan mütəxəssislər arasında çoxtərəfli əlaqələrin qurulmasına əsas verəcəyini vurğulayıb.

 "Ekosfera" Sosial-ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultanzadə bildirib ki, layihə çərçivəsində MDB və Baltikyanı ölkələrdən olan gənclər ətraf mühit problemlərinə ictimaiyyətin diqqətini cəlb etmək, təcrübə mübadiləsi və təlim keçmək məqsədi ilə Azərbaycanda toplanıblar.

Sonda “Yaşıl Planet” beynəlxalq tələbə məktəbinin iştirakçıları universitetin Ekologiya və torpaqşünaslıq fakültəsinin maddi-texniki bazası tanış olub, Nano Araşdırmalar Mərkəzi, Təkamül müzeyində olublar.

Qeyd edək ki, 9 ölkədən 18-25 yaş aralığında 100 nəfər gənc iştirak etdiyi məktəbdə gənclərin ətraf mühitin mühafizəsi, eko-liderlik, ətraf mühitin idarə olunması və digər mövzularda mühazirələr, seminarlar və ustad dərsləri keçirilir.

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə