Təqvim
Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi İstanbulda beynəlxalq konfransda iştirak edib (+FOTOLAR)
24 oktyabr 2019 - 15:02

Canveten.az xəbər verir ki, cari ilin 17-18 oktyabr tarixlərində İstanbul şəhərində Türkiyənin Boğaziçi Universiteti, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Türkiyə Patent  və Əmtəə Nişanları İdarəsi (TÜRKPATENT), Avropa Patent İdarəsinin birgə təşkilatçılğı ilə əqli mülkiyyətin idarə edilməsi üzrə 9-cu beynəlxalq konfrans keçirilib.

Tədbirin plenar iclasını TÜRKPATENT-in rəhbəri Habip Asan və Boğaziçi Universitetinin rektoru professor Mehmed Özkan açmışlar. Mehmet Özkan öz çıxışında 2011-ci ildən etibarən hər il mütəmadi olaraq Boğaziçi Universitetinin ev sahibliyi etdiyi  əqli mülkiyyətin idarə edilməsi üzrə bu konfransın keçirildiyini qeyd edib və bu tədbirlərdə əqli mülkiyyət sahəsinin  mövcud gündəliyinin həssas problemlərinin müzakirə edildiyini bildirmişdir.

 Davam edən plenar iclasda və müxtəlif panellərdə“Əqli mülkiyyətin idarəedilməsinə diqqətin artırılması”, “Əqli mülkiyyətin kommersiyalaşdırılması təcrübələri”, “Universitetlərdə əqli mülkiyyət siyasəti”və digər mövzular üzrə çıxışlar və təqdimatlar olmuşdur.

 Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin aparıcı məsləhətçisi Simuzər Abdullayeva “Əqli mülkiyyətin kommersiyalaşma təcrübəsi” panelində “Texnologiyaların transferi və əqli mülkiyyət nəticələrinin kommersiyalaşdırılması: Azərbaycan təcrübəsi və perspektivlər” adlı təqdimatilə çıxış etmişdir.

O, həmçinin ölkəmizdə həyata keçirilən geniş islahatlar çərçivəsində əqli mülkiyyət sahəsində baş verən yeniliklərdən, o cümlədən sahənin idarəolunması ilə əlaqədar yaranmış qurumun - Əqli Mülkiyyət Agentliyinin fəaliyyət istiqamətləri barədə məlumat vermişdir.

S.Abdullayeva ölkəmizin ÜƏMT ilə əməkdaşlığının uğurla davam etdiyini bildirmiş və bu təşkilatın oktyabr ayının birinci dekadasında keçirilmiş Baş Assambleyasında Azərbaycanın əqli mülkiyyət sahəsi üzrə nailiyyətlərinə yüksək qiymət  verilərək, bu təşkilatın aparıcı bölmələrində ölkəmizin təmsil olunmasına diqqəti yönəltmişdir.

Konfransda ABŞ, Almaniya, Belçika, Fransa, Qazaxıstan, İspaniya, İsveç, İsveçrə, Polşa və Türkiyədən olan əqli mülkiyyət sahəsi üzrə mütəxəssislər, müxtəlif universitet və elmi-tədqiqat institutlarının nümayəndələri iştirak edib.

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə