Təqvim
Siyəzən gəncləri Azərbaycan haqqında biliklərini nümayiş etdiriblər (+FOTOLAR)
21 oktyabr 2019 - 15:28

Canveten.az xəbər verir ki,  Siyəzən  rayonunda vətənpərvərliyin intellektual oyunlar vasitəsilə təbliği məqsədilə  yeniyetmə və gənclərdən ibarət 9 komandanın – ümumilikdə 54 nəfər yeniyetmə və gəncin iştirakı ilə yarış keçirilib.

Azərbaycan Gənclər Fondunun maliyyə  dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Yurdum Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində keçirilən tədbirin rəsmi açılış mərasimində çıxış edən layihə rəhbəri Ramin Mahmdov bildirib ki, turnirin keçirilməsində əsas məqsəd ölkə Prezidenti cənab İlham Əliyevin Nəsiminin 650, Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, İsmayıl Şıxlının 100, Əhməd Ağaoğlunun 150 illik yubileylərinin keçirilməsi ilə əlaqədar verdiyi sərəncamlardan irəli gələn vəzifələrin gənclər arasında təbliğinə dəstək vermək, eyni zamanda vətənpərvərliyin gənclər arasında intellektual oyunlar vasitəsilə təbliğinə nail olmaqdır.

Tədbirdə çıxış edən Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov tədbirin  Siyəzəndə keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, bu kimi əyləncəli və öyrədici tədbirlər yeniyetmə və gənclərin həm asudə vaxtının səmərəli təşkilinə, həm də daha həvəslə yeni bilikləri qavramasına təkan verir.

Rəsmi hissədən sonra yarışa start verilib. Birinci mərhələdə 9 komanda yarımfinala vəsiqə uğrunda mübarizə aparıb. 9 turun nəticələrinə əsasən ilk 4 yeri tutan komandalar mübarizəni  ikinci mərhələdə davam etdirmək hüququ qazanıb.  Yekunda “Deus” biliciləri turnirin qalibi adını qazanıb. “Valhala” komandası ikinci, “Olimp 476” adını daşıyan komanda üçüncü, “Nirvana” isə dördüncü olub.

Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və müxtəlif bədii ədəbiyyat nümunələri ilə eyni zamanda layihənin tərəfdaşı “Ekspress Təhsil Mərkəzi”nin hədiyyələri və müvafiq olaraq 80,60 və 40 faizlik güzəştli təhsil kuponları ilə təltif ediliblər.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə