Qaxda partlayış zamanı xəsarət alanların adları məlum olub. Xəsarət alan 5 nəfər – 39 yaşlı Nuruşvili Tamazi, 49 yaşlı Zeynalaşvili Cemali, 26 yaşlı Daroşvili Sardion, 31 yaşlı Nuroşvili Dato və Papiaşvili Beka rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xatırladaq ki, bu gün səhər saatlarında Qax rayonunda partlayış baş verib. Rayon Kommunal Təsərrüfat Birliyinin işçiləri şəhər ərazisində torpaq yayarkən partlayış olub. Nəticədə, birliyin beş işçisi xəsarət alıb. Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.
Bütün hüquqlar qorunur © 2024