Təqvim
2019/2020-ci tədris ilində Bakı Dövlət Universitetinə qəbul olan tələbələrin qeydiyyatı başa çatıb
03 sentyabr 2019 - 13:23

2019/2020-ci tədris ilində Bakı Dövlət Universitetinə (BDU) qəbul olan
tələbələrin qeydiyyatı başa çatıb. Respublikada ayrı-ayrı ixtisaslar üzrə əmək
bazarının səriştəli kadr potensialına olan tələbatı nəzərə alınaraq son illər
BDU-nun qəbul planı və qəbul olunan tələbələrin sayı ildən-ilə artır. 2019-
2020-ci tədris ilində də ölkə üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul
imtahanlarında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür.
Belə ki, Qazax filialı da daxil olmaqla ali təhsilin bakalavriat və magistratura
səviyyələri üzrə BDU-ya qəbul olunanların ümumi sayı 6462 nəfər təşkil edib.
Onlardan 5127 nəfər tələbə 66 ixtisas üzrə bakalavriat səviyyəsinə, 550 nəfər
Qazax filialına, 785 nəfər tələbə isə 44 ixtisas və 231 ixtisaslaşma üzrə
magistratura səviyyəsinə qəbul olunub. Bakalavriat səviyyəsi üzrə qəbul planı
91 faiz, o cümlədən Qazax filialı üzrə 81 faiz, magistratura səviyyəsi üzrə
isə 81 faiz dolub. Bakalavriat səviyyəsi üzrə qəbul olan tələbələrdən 107
nəfəri subbakalavrdır. 
Qeyd edək ki, bu ilki qəbulda dövlət sifarişi əsasında təhsil alacaq tələbərin
sayında da əhəmiyyətli artım nəzərə çarpır. Belə ki, BDU üzrə bakalavriat
səviyyəsinə qəbul olan tələbələrin 59,3 faizi dövlət sifarişli, 40,7 faizi ödənişli
əsaslarla təhsil alacaq. Magistratura səviyyəsinə qəbul olan tələbələrin isə 65
faizə qədəri dövlət sifarişi əsasında təhsil alacaq. Bakalavriat və magistratura
səviyyələri üzrə güzəştli kateqoriyaya düşən tələbələrinin sayı isə 503
nəfərdir. Təhsil Nazirliyinin tövsiyəsini nəzərə alaraq, bu il aztəminatlı
ailələrdən olan və ödənişli əsaslarla qəbul olan 252 nəfər tələbəyə ilkin olaraq
illik təhsil haqqının 50 faizini ödəyərək qeydiyyatdan keçmək üçün imkan
yaradılıb.
Cari tədris ilində daha çox bal toplayan abituriyentlər arasında ali təhsil
müəssisəsi kimi BDU-nu seçənlərin sayı da kifayət qədər yüksək olub. Qəbul
imtahanı verən abituriyentlərdən 500-dən çox bal toplayan 1563 nəfəri, o
cümlədən 600 və daha yuxarı yuxarı bal toplayan 318 nəfəri, 500-600 arası
bal toplayan 1245 nəfəri Bakı Dövlət Universitetini seçib. 9 nəfər tələbə
müsabiqədənkənar qəbul olub. 600 və daha yüksək bal toplayan tələbələr
əsasən Riyaziyyat müəllimliyi, Hüquqşünaslıq, Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi, Dövlət və ictimai münasibətlər, Kompüter elmləri, Tarix, Tarix
müəllimliyi, Coğrafiya müəllimliyi, Politologiya və s. ixtisaslarını seçiblər.
Humanitar fakültələr üzrə ən yüksək minimum keçid balı hüquqşünaslıq,
təbiət fakültələri üzrə isə Riyaziyyat müəllimliyi ixtisasında olub.
Məlumat üçün bildirək ki, təbiət, fundamental, humanitar və sosial elmlər
sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Bakı Dövlət Universitetində hazırda
təhsil alan tələbələrin ümumi sayı 23 mindən çoxdur. 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə