Təqvim
Gəlin bəyi atıb, toyun musiqiçisi ilə sevgili oldu
26 sentyabr 2019 - 12:34

ABŞ-da qəribə olay yaşanıb.

 

Milli.Az Xarici mətbuata istinadla xəbər verir ki, Meqan Uillis adlı 26 yaşlı qadın ərini ataraq toylarında DJ-lik edən şəxslə qaçıb.

Özündən yaşca xeyli böyük kişi ilə ailə quran qadın ərinin oyun asılısı olmasını bəhanə edərək ona xəyanət edib. Daily Mirror-a danışan Meqan Uills son zamanlarda ərindən diqqət görmədiyini, bu səbəbdən də ona qarşı soyuduğunu etiraf edib. O bildirib ki, bəzən əri kompüterdə o qədər oyun oynayıb ki, evli olduğunu belə yaddan çıxarıb. "Mən evliliyimizi sonlandırmaq məcburiyyətində qaldım. Çünki keçmiş həyat yoldaşım video-oyun asılısına çevrilmişdi və məni oyunlardan üstün tuturdu", - Meqan söyləyib.

O, yeni münasibəti barədə danışaraq "İnsanların nə düşünməsi vecimizə deyil. Münasibətimiz indi yolunda gedirsə, bu bizi xoşbəxt etməyə bəs edir" deyib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə