Təqvim
Qısqandığı üçün sevdiyi qızı suda boğdu VIDEO=1
20 sentyabr 2019 - 13:50

Dominikanda bədbəxt hadisə baş verib.

Hurriyet” xəbər verir ki, 16 yaşlı oğlan qısqandığı üçün sevgilisini hovuzda boğub.

Belə ki, həftəsonu hovuza gedən sevgililər arasında mübahisə olub. 15 yaşlı Nairobi Montesi sevdiyi oğlan dəfələrlə hovuza atıb. Qıza hovuzdan çıxmağa imkan verməyən oğlan sonda onun üzərinə atılaraq onu suyun altında saxlayıb.

Nəticədə, qız suda boğulub. Ətrafdakıların köməyilə N.Montesin cansız bədəni hovuzdan çıxarılıb.

Hovuzun təhlükəsizlik kamerasında əks olunan görüntüləri polis araşdırır.

Qeyd edək ki, adı gizli saxlanılan oğlan dəfn mərasiminə üzərində qızın şəkli əks olunmuş köynəklə qatılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə