Təqvim
Şamaxıda “Ulduzlar və planetlər fizikası” mövzusunda beynəlxalq konfrans keçirilir (+FOTOLAR)
19 sentyabr 2019 - 02:57

Canveten.az xəbər verir ki, sentyabr ayının 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 60 illik və Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi ilə əlaqədar “Ulduzlar və planetlər fizikası” adlı beynəlxalq konfrans keçirilir. Konfransda Rusiya, Ukrayna, Polşa, Hollandiya, İtaliya, Türkiyə, Almaniya, Gürcüstan, Tacikistan, İsveç, Hindistan və Qazaxıstandan olan nüfuzlu alimlər iştirak edir.

Konfransın məqsədi rəsədxanada aparılan elmi tədqiqat istiqamətlərinin dünya elminə inteqrasiyası, yeni yaradıcılıq əlaqələrinin qurulması, beynəlxalq elmi tədqiqat proqramlarına çıxışların təmin edilməsidir.

Tədbiri Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq konfransın mövzusu haqda iştirakçılara məlumat verib.

Sonra Akademiyanın vitse prezidenti, akademik  Rasim Əliquliyev  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif  Əlizadənin Şamaxı Astrofizika Rəsədxanasının 60 illik yubileyi ilə bağlı konfrans iştirakçılarına müraciətinin səsləndirib.

Müraciətdə qeyd edilib ki, yarım əsrdən çox tarixi olan Şamaxı Astrofizika Rəsədxanası hazırda inkişafının ən yüksək pilləsindədir. Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində rəsədxanada aparılan yenidənqurma işlərindən sonra burada olan infrastrukturun tam yenilənməsi, cihazların modernləşdirilməsi də bu gün astronomlarımızın qeyd edilən inkişafa nail olmada böyük paya malikdir. Şamaxı Astrofizika Rəsədxanasının qatıldığı beynəlxalq layihələr, qazandığı qrantlar astronomlarımızın fəaliyyətinin əyani göstəricisidir. Təbrikin sonunda Şamaxı Astrofizikarəsədxanasının gələcək fəaliyyətinin bütün mərhələlərində Azərbaycan Milli Elmlər Akademiyasının daim rəsədxanaya dəstək olacağı qeyd olunub.

AMEA-nın Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, akademik Nazim Məmmədov öz növbəsində tədbir iştirakçılarını salamlayıb və rəsədxana üçün əlamətdar olan yubiley ərəfəsində belə bir beynəlxalq tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib. O, bildirib ki, Şamaxı Astrofizika Rəsədxanası fəaliyyəti dövründə bir çox uğurlara imza atıb. Bunlara misal olaraq rəsədxana əməkdaşlarının son illərdə qazandıqları Avropa Birliyinin FP7  və HORİZON 2020, qrantlarını göstərib.

Növbəti çıxışda Şamaxı Rayonu İcra Hakimiyyətinin Başçısı Cənab Tahir Məmmədov Şamaxı Astrofizika Rəsədxanasının kollektivini yubiley münasibətilə təbrik edib. O qeyd edib ki, bu cür beynəlxalq konfransların Şamaxıda keçirilməsi buranın elmi və turistik imkanlarının dünyaya göstərilməsi üçün böyük əhəmiyyət daşıyır.

 Ardınca Rusiya Elmlər Akademiyasının akademiki, Kazan Universitetinin professoru Nail Saxibulin, Şamaxı Rəsədxanasında daha öncəki səfərindən bu günədək ciddi dəyişikliklərin  olduğunu vurğulayıb və bu konfransın beynəlxalq elmi əlaqələri genişləndirəcəyini diqqətə çatdırıb.

Daha sonra Namiq Cəlilov ŞAR-ın tarixi, onun 60 ildə keçdiyi uğurlu inkişaf yolu, əldə olunan elmi nailiyyətlər və gələcək planlar barədə məruzə ilə çıxış edib.

Qeyd edək ki, elmi tədbir sentyabrın 20-dək davam edəcək. Bu müddət ərzində konfransda Kainat və onun struktur elementlərinin (qalaktikalar, ulduzlar, planetlər) fizikası sahəsində əldə olunmuş son elmi nailiyətlərin müzakirəsi nəzərdə tutulur. 

Gənc tədqiqatçıların elmi yaradıcılıq fəallığını artırmaq və stimullaşdırmaq məqsədi ilə, konfransda onların çıxışlarına da geniş yer ayrılıb.

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə