Bakı Dövlət Universitetində Bilik Günü keçirilib (+FOTOLAR)

Təqvim
Bakı Dövlət Universitetində Bilik Günü keçirilib (+FOTOLAR)
17 sentyabr 2019 - 00:19

Canveten.az xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) Bilik Günü keçirilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri rektor Elçin Babayev açaraq Azərbaycan ali təhsil ocaqlarının flaqmanı olan 100 yaşlı Bakı Dövlət Universitetinin birinci kurs tələbələrini və onun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə qəbul olan şagirdləri təbrik edib. “Siz həyatınızın mühüm bir mərhələsinə qədəm qoyursunuz. Universitetin 100 yaşının tamam olduğu ildə onun bir üzvünə çevrilirsiniz. Bunu sonralar dəyərləndirəcək, xatirələrinizdə yaşadacaqsınız”, - deyən rektor yüzüncü ilin birincilərinə universitetdə onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etmələrini tövsiyə edib. Rektor tələbələrin təhsilə başladıqları bu gündən etibarən savadlı, bilikli, elmli, bacarıqlı bir mütəxəssis kimi yetişəcəklərinə, ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına, fəaliyyətlərində vətənpərvərlik və dövlətçilik prinsiplərini əsas tutacaqlarına, Bakı Dövlət Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəcəklərinə əminliyini ifadə edib. Universitetin respublikamız və əksər dünya dövlətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırladığını vurğulayaraq həmin məzunlar arasında dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik yüzlərlə tarixi şəxsiyyətlər arasında ümummilli lider Heydər Əliyev xüsusi yer tutduğunu diqqətə çatdırıb.

Noyabr ayında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd ediləcəyini bildirən rektor yubiley tədbirlərinin indiyədək UNESCO-nun Parisdəki Baş qərargahında və Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində qeyd edildiyini, çoxsaylı elmi, mədəni, kütləvi tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu da fikirlərinə əlavə edib.

Bu il ölkə üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarından danışan rektor  ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü, Qazax filialı da daxil olmaqla ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə BDU-ya qəbul olunanların ümumi sayının 6462 nəfər təşkil etdiyini bildirib. Məlum olub ki, həmin tələbələrdən 5127 nəfər bakalavriat səviyyəsinə, 550 nəfər Qazax filialına, 785 nəfər tələbə isə magistraturaya qəbul olunub. Qəbul imtahanı verən abituriyentlərdən 500-dən çox bal toplayan 1563 nəfəri Bakı Dövlət Universitetini seçib.

“Gənc istedadlar” liseyi haqqında məlumat verən rektor Elçin Babayevin sözlərinə görə bu il liseyi bitirən 48 məzundan 16 nəfəri 600-dən yuxarı bal toplayıb, 3 nəfər Prezident təqaüdünə, 6 nəfər qızıl, 1 nəfər gümüş medala, 6 nəfər fərqlənmə attestatına layiq görülüb.

Tədbirdə BDU-nun professor-müəllim heyəti adından professor Ülviyyə Həsənova, tələbələr adından isə Tarix fakültəsinin tələbəsi Jalə Vəliyeva çıxış ediblər.

Sonra hər fakültədən ən yüksək bal toplamış 2 tələbəyə tələbə vəsiqəsi və korporativ elektron poçt ünvanı, 660 baldan yuxarı nəticə göstərmiş 33 tələbəyə isə YAP Yasamal rayon Təşkilatının hədiyyəsi təqdim edilib.

Bilik günü rektorun birinci kurs tələbələri ilə BDU-nun həyətində çiçəklərin əkilməsi mərasimiylə başa çatıb.

Tədbir boyunca hərbi orkestr mahnılar ifa edib.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə