Təqvim
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağı keçirilib (+FOTOLAR)
12 sentyabr 2019 - 23:21

Canveten.az xəbər verir ki, sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Ümumi Yığıncağı keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın professorları, büro üzvləri, bölməyə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyəti məsələlər üzrə dəvət olunmuş qonaqlar iştirak ediblər.

Gündəlikdə yer alan məsələlərlə bağlı iştirakçıları məlumatlandıran Bölmə rəhbəri akademik Əhliman Əmiraslanov AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsinə seçkilərin keçiriləcəyini söyləyib.

Sonra akademik BTEB-in “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalı, eləcə də bölmənin digər dövri nəşrlərinin alimlərimizin əldə etdikləri mühüm elmi tədqiqat nəticələrinin elmi ictimaiyyətə çatdırılması və elmin təbliği baxımından əhəmiyyətindən danışıb və həmin nəşrlərin təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdən söz açıb. İclasda “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının növbəti nömrədən başlayaraq “Həyat elmləri və biotəbabət” adlandırılması qərara alınıb.

            Yüksəkixtisaslı elmi kadr hazırlığında tanınmış xarici elmi mərkəzlərin təcrübəsindən geniş istifadə olunmasının məqsədəmüvafiqliyini nəzərə alaraq AMEA Genetik Ehtiyatlar İnstitutunun laboratoriya müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənovun Almaniyaya, institutun elmi işçisi və doktorantı Nigar Kərimovanın Türkiyəyə və AMEA Botanika İnstitutunun doktorantı Aynurə Cəfərovanın Almaniyaya  ezam olunmaları barədə qərarlar qəbul edilib.

            Gündəlikdə yer alan növbəti məsələ AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının direktoru Həmid Mehdiyevin Bölmənin Fəxri Fərmanı ilə təltif edilməsindən ibarət olub.

            Ümumi Yığıncaqda AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları müvafiq vəzifələrə təsdiqləniblər.

Sonda AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçkilər keçirilib. Biologiya elmləri doktoru, professor Ulduz Həşimova AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun, biologiya elmləri doktoru, dosent vahid Fərzəliyev isə AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçiliblər. Seçkilərin nəticələrinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə