Təqvim
Yol polisində bahalı nömrələri kim satır? (AÇIQLAMA)
09 avqust 2019 - 20:09

“Adından da görünür ki, bu, məhz dövlət qeydiyyat nişanıdır və o, heç bir halda digər şəxslər tərəfindən bir-birinə satıla bilməz”.

Bunu DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev avtosfer.az-a müsahibəsində bahalı nömrələrlə bağlı sualı cavablandırarkən deyib.

O, qeyd edib ki, artıq 8 ilə yaxındır ki, “Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, nömrələrdə əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasına görə dövlət qeydiyyat nişanlarının satışı həyata keçirilir. 

Bu da rəqəmlərin, hərflərin kombinasiyasından asılı olaraq 500-2500 manat arasında dəyişir: “O ki qaldı bir çox portallarda, avtomobil alq-satqısı ilə məşğul olan saytlarda müxtəlif dövlət qeydiyyat nişanlarının astromonik qiymətlərlə satışının həyata keçirilməsinə, bu, sadəcə diqqət cəlb etmək üçündür. 

Orada elə nömrələrə elə qiymətlər qoyurlar ki, həmin nömrə neçə müddətdir qalıb bizdə, heç 500 manat rüsum ödəyib alan yoxdur. Amma həmin 500 manatlıq nömrəni onlar  5, 10, 12 min manata satışa qoyublar. Biz vaxtilə bu elanlarala bağlı araşdırma da aparmışıq. 

O nömrələrin əksəriyyətinin sahibinin onun satışından xəbəri də yoxdur. Biz həmin nömrələr təhkim olunmuş nəqliyyat vasitəsinin sahibi ilə əlaqə saxlamışıq, deyib ki, mənim məlumatım yoxdur. Bəziləri isə deyib ki, bir neçə il əvvəl maşını satmaq istəmişəm, qiyməti ilə maraqlanıblar, amma indi maşını yox, nömrəsini satışa çıxarıblar.

Bu gün hamı başa düşməlidir ki, əgər nömrə mənim avtomobilimə təhkim olunubsa, mən yalnız avtomobilimi bu nömrə ilə sata bilərəm. “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinə görə, nəqliyyat vasitəsi satılanda satanın istəyi və alanın da razılığı ilə dövlət qeydiyyat nişanı satdığı şəxsdə də qala bilər, yaxud satan şəxsin digər avtomobilinə də keçirilə bilər. Ona görə də o qiymətə nömrəni qoyanlar əslində avtomobili satanlardır. Sadəcə, avtomobillə kimsə maraqlananda deyir, 50 minə avtomobil satırsan, bu qiymətə dəyməz. O saat fikrini dəyişir ki, elə 20 min bunun nömrəsidir. Bunu kim təyin edir? Satan özü. 

Nəqliyyat vasitəsi qeydiyyatdan çıxdıqda isə dövlət qeydiyyat nişanı mütləq Baş Dövlət Yol Polisi İdarəsinə, yaxud, regionlarda digər qeydiyyat-imtahan şöbələrinə təhvil verilməldir. Bəzən də görürsüz, kimsə deyir ki, mən bu nömrəni vermişəm, nömrə mənimdir, bron etmişəm, amma mənim nömrəmi sonradan kiməsə veriblər. Bilmək lazımdır ki, qanunvericilikdə nəqliyyat vasitəsinin təhvil verilmiş dövlət qeydiyyat nişanının saxlanılması və həmin şəxsə məxsus olması ilə bağlı heç bir müddəa yoxdur. Yəni bu gün təhvil verilmiş dövlət qeydiyyat nişanı sabah başqa şəxsin nəqliyyat vasitəsinə təhkim oluna bilər”. 

 

 

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə