Təqvim
Naxçıvan Bölməsinin səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradılıb
08 avqust 2019 - 14:57

Canveten.az xəbər verir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan Respublikasının elm siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə uğurla həyata keçirilən elm siyasəti Naxçıvan Muxtar Respublikasında da ən yüksək səviyyədə dəstəklənir, elm sahəsində çalışanlara yüksək qayğı və diqqət göstərilir.

7 avqust 2002-ci il tarixli sərəncamla əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi də dövlətin diqqət və qayğısı əhatəsindədir. Muxtar respublikada bütün sahələr kimi bu elm ocağının da səmərəli fəaliyyəti üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Bölmənin maddi-texniki bazası gücləndirilib, əməkdaşlar üçün hərtərəfli iş şəraiti yaradılıb. Ötən illər ərzində Rəyasət Heyəti və elmi-tədqiqat institutları üçün müasir tələblərə cavab verən iki 100 оtaq оlan 3 mərtəbəli bina ayrılıb. Bölmənin Batabat Astrоfizika Rəsədxananın Batabat stansiyası və Biоresurslar İnstitutunun “Nəbatat Bağı”nın, Оrdubad rayоnunun Aşağı Əylis kəndində həmin institutun “Biоkimyəvi tədqiqatlar labоratоriyası” üçün inzibati binalar tikilib istifadəyə verilib. Bölmənin nəzdində müasir avadanlıqlarla təchiz olunan “Tusi” nəşriyyatı, Yaşıl aptek, “Arxeologiya və Etnoqrafiya muzeyi”, Distant Təhsil Mərkəzi, İnformasiya Kommunikasiya Texnologiyaları otağı yaradılıb. Seysmoloji Xidmət Mərkəzi zəruri müasir avadanlıqlar və proqram təminatı ilə təchiz olunub. Yenidənqurma işləri aparılan “Nəbatat bağı”nın ərazisi işıqlandırma sistemi, eyni zamanda ərazidə “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxana qurulub. Bölmənin Elektron Kitabxanasında 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, 6 oxucu yeri olan elektron oxu zalı istifadəyə verilib. Kitabxana surət köçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün bir ədəd televizor, mobil elektron lövhə ilə təmin edilib.

Ötən illər ərzində elmi-tədqiqat işlərinin daha da yaxşılaşdırmaq məqsədi ilə zəruri cihaz və avadanlıqların təmiri və təkmilləşdirilməsi işləri davam etdirilib. Ayrı-ayrı struktur bölmələr kоmpüter, kоmpüter avadanlıqları ilə təmin оlunub, əməkdaşlara internet şəbəkəsinə mütəmadi qоşulmaq imkanı yaradılıb, teleskоplar, müxtəlif elmi-tədqiqat laboratoriyaları üçün kimyəvi reaktivlər alınıb. Bölmənin ilbəil maddi-texniki bazası daha da möhkəmləndirilir. Cari ilin iyul ayında 18 ədəd kompüter, 18 ədəd printer, scaner, o cümlədən “Tusi” nəşriyyatının çap kefiyyətini yaxşılaşdırmaq üçün 9 ədəd toner, Bioresurslar İnstitutu üçün 2019-cu il buraxılışı “Vaz Niva” markalı minik avtomobili alınıb bölməyə təqdim edilib.

Elmi-tədqiqat işlərinin səmərəli aparılması üçün elm adamlarına yaradılan hərtərəfli şərait, göstərilən qayğı bunlarla da bitmir. Dövlətin dəstəyi ilə hər il tədqiqatçıların elmi ezamiyyələrə göndərilməsi, çöl-tədqiqat işləri ilə bağlı “Mersedes Benz” markalı mikroavtobusun kollektivin istifadəsinə verilməsi, xeyli sayda qiymətli arxiv materiallarının surətlərinin Bölmənin Mərkəzi Elmi Arxivində toplanaraq elmi işçilərin ixtiyarında olması, muxtar respublika ərazisində elmi ekspedisiyaların aparılması üçün ayrılan vəsaitlər və digər bu istiqamətdə görülən işlər, həyata keçirilən tədbirlər bu sahəyə mühüm əhəmiyyət verilməsi ilə yanaşı qeyd etdiyimiz qayğının təkzib olunmaz nümunələridir.

Bölmənin elmi işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması, əməkhaqqların artırılması, elmi əhəmiyyəti ilə seçilən əsərlərin dövlət mükafatına layiq görülməsi kimi uğurlu tədbirlər elmə və elm adamlarına verilən çox yüksək dəyərin əyani göstəricisidir. Öz fəaliyyəti ilə fərqlənən Bölmə əməkdaşlarının fəxri adlarla, medallarla təltif edilməsi göstərir ki, elm adamlarına qayğı davamlı və sistemlidir.

Gündən-günə gözəlləşən diyarımızda bütün sahələr kimi, bu gün elmimiz də böyük bir inkişaf mərhələsini yaşayır. Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Naxçıvanın tarixini, maddi və mənəvi mədəniyyətini, təbii sərvətlərini, bitki və heyvanat aləmini və digər sahələrini hərtərəfli tədqiq etməyi qarşısına məqsəd qoyan Naxçıvan Bölməsinin еlmi və еlmi-təşkilati fəaliyyətində görülən işlərə gəlincə isə, bu elm ocağnda 2003-2019-cu illər ərzində elmi istiqamətlər müəyyən olunan müvafiq profillərə uyğun tədqiqat işləri aparılıb, ciddi elmi nəticələr və çoxsaylı elmi əsərlər ortaya qoyulub.

Ötən illərə nəzər salsaq görərik ki, muxtar respublikanın davamlı uğurlarına öz səmərəli elmi fəaliyyəti ilə layiqli töhfələr verən Bölmə əməkdaşları tərəfindən plan işindən əlavə olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyəsi və qayğısı ilə 2 cildlik “Naxçıvan Ensiklоpediyası”, Azərbaycan və ingilis dillərində “Naxçıvan abidələri ensiklоpediyası”, 3 cildlik “Naxçıvan Tarixi”, “Naxçıvanın tarixi atlası”, “Naxçıvan teatrının salnaməsi”, 3 cildlik “Naxçıvan folkloru antologiyası”, 2 cildlik “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, Azərbaycan, ingilis və rus dillərində “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”, 2 cildlik “Naxçıvan coğrafiyası” və digər fundamental elmi əsərlər hazırlanaraq nəşr edilib. Ümumilikdə bölmənin fəaliyyəti dövründə əməkdaşların 208 monoqrafiyası, 200 kitabı, 8034 elmi məqaləsi və konfrans materiallı, 209 tezisi, 48 bukleti, 26 metodik vəsaiti, 21 xəritə olmaqla 6 kitabça, 5 tövsiyəsi çap olunub. Əsərlərdən 18 monoqrafiya, 18 kitab, 1709 məqalə və konfrans materialı, 67 tezis xaricdə işıq üzü görüb. 28 patent alınıb. 166 mühüm elmi nəticə əldə edilib. Bundan başqa, Bölmə əməkdaşları Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Fundamental Tədqiqatlar Fondu, Ümumdünya Təbiəti Mühafizə Fondunun elmin müxtəlif istiqamətləri üzrə keçirdiyi qrant müsabiqələrində iştirak edərək 19-u respublika və 4-ü beynəlxalq səviyyəli olmaqla 23 qrant layihəsinin qalibi оlublar.

Bölmə əməkdaşları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən muxtar respublika ərazisində təşkil olunan respublika və beynəlxalq səviyyəli ekspedisiyalarda yaxından iştirak edib və xeyli sayda qiymətli materiallar əldə olunub. Bundan əlavə, 2013-cü ildə Ali Məclis Sədrinin dəstəyi ilə Bölmədə yerli arxeoloji ekspedisiya qrupu yaradılıb ki, həmin ekspedisiya üzvlərinin ərazidə apardığı arxeoloji qazıntıların nəticələrini işıqlandıran elmi əsərlər hazırlanıb çap etdirilib.

Son illər Bölmənin elmi müəssisələrdə tətbiqyönümlü işlər də həyata keçirilir. Belə ki, Ali Məclis Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığına əsasən, bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında palçığın kimyəvi analizi aparılıb, qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanıb, həm krem, həm də quru toz formasında qablaşdırılaraq satış üçün əczaxanalara göndərilib. Həmçinin, Darıdağ arsenli suyundan quru qalığın alınması üçün istehsal şəraiti yaradılıb, eyni zamanda Biləv zəy süxurundan üç birləşmənin alınması istiqamətində geniş tədqiqatlar aparılıb. Qabıllı gili əsasında yuyucu tozu hazırlanıb. Naxçıvan Muxtar Respublikası ərazisində yem, dərman, efir yağlı, boyaq əhəmiyyətli, bəzək-bağçılıq üçün yararlı, bal verən, yeyilən yabanı qida bitkiləri, aşı maddəli, lifli, kitrəli, qlükozidli, alkaloidli, saponinli, flavanoidli, vitaminli, kosmetik və digər olmaqla, ümumilikdə 132 faydalı bitki qrupu müəyyən edilib. Bioresurslar İnstitutunun laboratoriyasında steril şəraitdə qurudulan dərman bitkilərdən qarışıqların hazırlanması üçün sertifikatlar alınıb. Dərman bitkilərindən xüsusi seçilmiş reseptlərə əsasən qarışıqlar hazırlanaraq qablaşdırılıb Bölmənin “Yaşıl aptek”inə, eyni zamanda muxtar respublikada fəaliyyət göstərən digər əczaxanalara göndərilib.

Fəaliyyətləri dövründə Bölmə əməkdaşları Ankarada, İstanbulda, Fransada, Berlində, Qahirədə, Vyanada, İslamabadda, Astanada, Aşqabadda, Budapeştdə, Tehranda, Tbilisidə, Tokioda, Moskvada, Sankt-Peterburqda, Volqoqradda, Novosibirskdə, Kiyevdə və başqa xarici ölkələrdə keçirilən beynəlxalq elmi kоnfrans, konqres və simpоziumlarda elmin aktual problemlərinə dair məruzələrlə çıxış ediblər.

Bölmədə bir sıra aktual mövzulara həsr olunan Beynəlxalq simpozium və konfranslar keçirilib. Həmin konfranslarda da xarixi ölkələrdə öz araşdırmaları ilə elm aləmində tanınan tədqiqatçılar iştirak ediblər. Türkiyə, İran, Rusiya, Fransa, ABŞ, Hollandiya, Portaqaliya və digər ölkələrin tanınmış simaları bölmənin qonağı olub, burada bölmə və bölmənin nəzdindəki institutlarda görülən işlərlə yaxından tanış ediliblər. Bu gün bölmə Türkiyənin İstanbul, Ankara, Ərzurum, İğdir Universitetləri, İranın Təbriz Dövlət Universiteti, Təbriz Milli Kitabxanası, Rusiya Federasiyasının Elmlər Akademiyası, Moskva Dövlət, Tomsk Universitetləri, Yer Maqnetizmi, Krım Astrоfizika Rəsədxanası, Ümumdünya Təbiəti Mühafizə Fondu, Gürcüstan Respublikası Batumi Botanika Bağı, ABŞ-ın, Fransanın və digər xarici ölkələrin elmi müəssisələri ilə yaxından əməkdaşlıq edir.

Ötən dövr ərzində bir sıra xarici ölkələrin yüksək reytinqli beynəlxalq kodlu elmi jurnallarında əməkdaşların elmi məqalələri çap edilib. Respublikamızın hüdudlarından kənarda da tanınan və xarici tədqiqatçılar tərəfindən elmi əsərlərindən istifadə olunan alimlərimizin uğurlu nailiyyətlərinin beynəlxalq səviyyədə qəbul edilməsinin nəticəsidir ki, 2 nəfər əməkdaş Rusiya Təbiətşünaslıq Akademiyasının professoru, bir nəfər “Elmin qızıl fondu” milli proqramı çərçivəsində Rusiya Təbiətşünaslıq Akademiyasının “Əməkdar elm və texnika xadimi” fəxri adına və Beynəlxalq Birləşmiş Elmlər Akademiyasının üzvü diplomuna layiq görülüb. Bir nəfər əməkdaş Ümumdünya Təbiəti Mühafizə Fondunun Asiya Birliyinin Fəxri fərmanına layiq görülüb. Bir nəfər İngiltərənin Kembric Skolars Pablişinq nəşriyyatının “Qeyri üzvü kimya” jurnalının məsləhətçi redaksiya heyətinin üzvü, Çinin Hangzhou şəhərində keçirilən “Ətraf mühit və geoelm” beynəlxalq konfransına rəyçi və Beynəlxalq Seolit Assosiasiyasına üzv seçilib. Bir nəfər əməkdaş isə Göy mexanikası sahəsindəki nailiyyətlərinə görə Amerika Astronomiya və Astrofizika (American Journal of Astronomy and Astrophysics) kimi nüfuzlu beynəlxalq jurnalın redaksiya heyətinə üzv və rəyçi seçilib.

Qürurdoğuran haldır ki, əməkdaşlar tərəfindən hazırlanan “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” adlı kitab 38-ci Beynəlxalq Paris Luvr kitab sərgisinin “Qızıl medalı”na və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Moskva Təhsil sərgisinin diplomuna, eyni zamanda “Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” adlı kitab isə Rusiyanın paytaxtı Moskva şəhərində 31-ci Beynəlxalq Kitab Sərgi Yarmarkasında elmin və təhsilin inkişafında əhəmiyyətinə görə Təşkilat Komitəsinin “Qızıl medal” mükafatına layiq görüb ki, bu da bölmə əməkdaşlarının uğurlu nailiyyətlərindən biridir.

Bölmə əməkdaşları Prezident cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısına minnətdarlıqla yanaşaraq, bu gün öz əməli işləri ilə qarşıya qоyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmək və ölkə elminin inkişafına layiqli töhfələr vermək üçün səylə çalışırlar.

 

Türkanə Bəylərli

 

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə