“Bacım Suriyaya gedib, 10 yaşlı qızını ərə vermişdi”- iki bacısını amansızlıqla öldürən Muxtarın şok ifadəsi

Təqvim
“Bacım Suriyaya gedib, 10 yaşlı qızını ərə vermişdi”- iki bacısını amansızlıqla öldürən Muxtarın şok ifadəsi
29 iyul 2019 - 15:55

Həbsxanadan çıxdıqdan sonra iki bacısını öldürən şəxs hakim qarşısına çıxarılıb.

Minval.İnfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bacılarını bıçaqlayaraq, öldürməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, daha əvvəl də həbsxana həyatı yaşayan Muxtar Əlimanov islah olunmayaraq, bu dəfə iki nəfəri həyatdan məhrum edib. Şəxsi münasibətlər zəmnində bacılarını qətlə yetirib.

Elan olunmuş ittihamla Muxtar Əlimanov özünü təqsirli bilib.

Deyib ki, hadisənin baş verməsini istəməzdi, amma gördükləri, yaşadıqları bunu etməyə vadar edib:

“Cəmi 91 gün idi ki, azadlığa çıxmışdım. Həmin günlərdə elə şeylər gördüm ki, mənim yerimə kim olsaydı, bunu edərdi. Dəfələrlə həmin bacılarımla mübahisələrimiz olub. Həmişə də torpaq, mülk üstündə dava eləmişik. Məni məcbur edirdilər ki, nəsə edim və məni aradan çıxarsınlar. Deyirdilər ki, nəsə eləsəm, məni içəri basdıracaqlar. İndi basdırdılar, axırı necə oldu? Onların sonu necə oldu? Onlar məni buna məcbur etdilər”.

Muxtar Əlimanov bacıları ilə sonuncu mübahisəsini danışan zaman ilginc faktlar açıqlayıb.

Bildirib ki, üç bacısı olub. Onlardan yaşda kiçik olanı 2015-ci ildə Türkiyəyə gedib, oradan da Suriyaya:

“Bunlar nə dinə, təriqətə qulluq edirdilər məni maraqlandırmır. Mən həbsdə olanda – 2015-ci ildə kiçik bacım iki uşağını da götürüb Suriyaya gedib. Orada 10 yaşlı qızını ərə verib. 16 şəhərdə yaşayıblar. Sonra Türkiyəyə qayıdıblar. Onları Azərbaycana deportasiya ediblər. Mən həbsdən çıxandan sonra bu məsələdən xəbər tutdum. Böyük bacılarıma dedim ki, siz necə böyüklük etmisiniz? Dedim ki, o bacım mənim gözümə görünməsin, onu parçalayaram. Bunlar da məni acıladı. Bu hadisədən bir gün qabaq qardaşım arvadının doğum günü idi. Bir yerə yığışmışdıq. Mən orda dedim ki, bu söhbətdən xəbərim var. Onlara dedim ki, 10 yaşlı uşağın həyatını niyə məhv eləmisiniz? Gördülər ki, aləm qarışacaq, qaçdılar. Kiçik bacımın 14 yaşlı uşağı qarşıma keçib dedi ki, anam ölsə, mən yaşaya bilmərəm. Bu söz məni tutdu. Ona görə də heç nə eləmədim”.

Muxtar Əlimanov qətl hadisə baş verən gün yaşananları də danışıb. O, deyib ki, həmin an nə etdiyini xatırlamır:

“Neçə bıçaq vurduğumu xatırlamıram. Mən evdən çıxanda elə söz dedilər ki, özümdən çıxdım. Yenə eyni mövzuları açdılar. Mənim bir xəstə qızım var idi. Evi satıb onu müalicə etdirmək istəyirdim. Amma bacılarım imkan vermirdi. Deyirdilər ki, onsuz da anası ilə çıxıb gedib, unut onları. Mənə deyirdilər ki, sənə də bir başı bağlısını alaq. Mən də dedim ki, lazım deyil. Evi satmaq istəyirdim, amma problem yaradırdılar. Gündə bir bəhanə gətirirdilər. Məni saymırdılar. Hər dəfə məcbur edirdilər ki, onlara nəsə deyim, əlimdən nəsə xəta çıxsın. Axırda bunu bacardılar. Həmin gün də evdən çıxanda yenə eyni mövzuları açdılar. Başladılar üstümə gəlməyə. Mənə axırda elə söz dedilər ki, baş getdi, bədən qaldı yiyəsiz. Biqeyrət sözünü götürə bilməzdim. Özümü itirdim. Başladım vurmağa. Əlimdəki bıçaq qırıldı. Neçə dəfə vurduğumu bilmirdim. Amma xatırlayıram ki, Səadətə banka və ayağımla da vurmuşam. Birinci Səadəti vurdum”.

Muxtar Əlimanov bacılarının müxtəlif şəxslərlə internet vasitəsi ilə ərəbcə danışdığını da məhkəmənin diqqətinə çatdırıb. Bildirib ki, bacısının 10 yaşlı qızı Suriyada ərə verməsi və onların digər əməlləri ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə də məlumat verib.

Məhkəmə iclasında o da məlum olub ki, Muxtarln qardaşı ilə də əlaqəsi yoxdur. Onunla da mülk üstündə fikir ayrılığı yaşayıb. Muxtar həmin qardaşını da bacısının Suriyaya getməsinə göz yumduğuna görə bağışlamır.

“O necə qardaşdı? Kişi idi qabağıma çıxardı. Qaçıb gizlənmişdi. Yaxşı kişi idisə, bunu biləndə bacısını belin altına qoyub iki yerə bölərdi”- deyə Muxtar son sözündə deyib.

Təqsirləndirilən Muxtar son sözündə ömürlük həbsə getdiyini bildiyini və əməlindən peşman olmadığını deyib.

Məhkəmə araşdırması davam etdirilir.

Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu ailə münaqişəsi zəminində yaşadığı evin qonaq otağında bacısı, 1964-cü təvəllüdlü Əlimanova Səadət Şirbala qızını mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə endirərək öldürüb.

Daha sonra həmin bıçaqla digər bacısı, 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib.

Ağır yaralanan hər iki şəxs xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.

M.Əlimanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci (xüsusi amansızlıqla iki və daha çox şəxsi qəsdən öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 və 120.2.9-cu maddələri ilə ittiham verilib.

Bu ittihamla onu ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, M.Əlimanov daha əvvəl də qətl törətdiyinə görə 2007-ci ildə həbsxanaya düşüb. O, 11 il 6 ay cəza çəkdikdən sonra azadlığa çıxıb.

İlkin Muradov

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə