Təqvim
Bu təhsil müəssisələrinə qəbul balları artırıldı
27 iyul 2019 - 13:55

"Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyası, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı" və "MAHHXHQ-ın hazırlığı", həmçinin zabit ixtisası üzrə təkmilləşdirmə kursları, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Hərbi Lisey, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi və Hərbi Tibb Məktəbi də yüksək səviyyədə fəaliyyət göstərirlər. Hərbi təhsildə əldə olunan uğurlardan biri də xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul ballarının artırılmasıdır".

Müdafiə Nazirliyindən verilən məlumat görə, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul ballarının artırılması gələcəkdə daha savadlı, daha peşəkar kadr hazırlığına və Azərbaycan Ordusunun imicinin artmasına da öz töhfəsini verəcək.

Qeyd olunub ki, döyüş hazırlığının daha da artırılması məqsədilə hərbi təhsil sisteminə ciddi diqqət yetirilir:

"Dövlətimizin müasir tələblərə cavab verə biləcək güclü ordusunun formalaşdırılmasında, yüksək döyüş hazırlığının təmin edilməsində hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti var".

Nazirlikdən bildirilib ki, hərbi qulluqçuların sosial problemlərinin həllində ən mühüm addımlardan biri hərbi qulluqçuların və onların ailə üzvlərinin, eləcə də xidməti vəzifələrinin icrası zamanı həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin gücləndirilməsinə göstərilən qayğıdır: "Ölkəmizdə ordu quruculuğu istiqamətində uğurla aparılan islahatların, xidmət, sosial-məişət şəraitinin və hərbi qulluqçuların maddi vəziyyətinin yaxşılaşdırılmasının, döyüş hazırlığının müasir tələblərə cavab verə bilən səviyyəyə çatdırılmasının nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 

Bundan əlavə, hərbi qulluqçulara məzuniyyət əvəzinə, pul kompensasiyasının ödənilməsi, müvəqqəti mənzil kirayəsi əvəzinə pul kompensasiyasının artırılması hərbi qulluqçuların və onların ailə üzvlərinin maddi rifahının yaxşılaşdırılması istiqamətində müsbət addım olmaqla yanaşı, sosial ədalət prinsipinin daim rəhbərliyin diqqətində olduğunun göstəricisidir ki, bu da ordumuzun imicinə böyük müsbət təsir edir. Azərbaycan Ordusunda ictimai nəzarətin və şəffaflığın təmin edilməsi məqsədilə "Açıq qapı" günləri keçirilir".

ednews.net

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə