Təqvim
Mərkəzi Elmi Kitabxanada informasiya qurumları üçün ustad dərsi keçirilib (+FOTOLAR)
24 iyul 2019 - 18:17

Canveten.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəvəti ilə kitabxanalar, arxivlər və muzey əməkdaşları üçünUNESCO kafedrasının “Günəşə doğru” beynəlxalq İşçi qrupunun üzvü, Eksperimental Arxeologiyanın İnkişafı üzrə Avropa Birliyi (EXAR) və Ümumdünya İrs Şəbəkəsi Birliyinin üzvü,Qazaxıstanın Pavlodar Marqulan Mərkəzinin UMAY beynəlxalq elmi araşdırma laboratoriyasının rəhbəri,Azərbaycan ərazilərinin milli maraq və elmi prinsiplərə əsaslanan tədqiqatçısı kimi tanınantarixçi, etnoqraf, arxeoloq, rəssam-bərpaçıTatyana Krupa bir neçə mövzudaustad dərsi, mühazirə və seminarkeçib.

Tədbiri giriş sözü ilə açan MEK direktoru Leyla İmanova rəhbərlik etdiyi müəssisənin son dövrdə kitabxana-informasiya sahəsində beynəlxalq təcrübə meydançasına çevrilməsi, akademik qurumlarakitabxana, sərbəst ensiklopedik resurslar, informasiya texnologiyaları üzrə müxtəlif formatlı təlimlərin təqdim edilməsibarədə məlumat verib.

“Qəzetlərin rəqəmsallaşmadan öncə konservasiyası – əgər bərpa emalatxanası yoxdursa” adlı təqdimatında T.Krupadövri mətbuat materialları, sənədləri vəköhnəlmiş qəzetlərin rəqəmsallaşdırılmadan əvvəl sənədləşdirilməsi, fiziki-kimyəvi vəziyyətinin yoxlanması, bərpa üçün hazırlanması, dezinfeksiyası, profilaktikası qaydaları və normaları, eləcə də rəqəmsallaşma prosesi zamanı ortaya çıxan problemlər və bu prosesin təkmilləşdirilməsi məqsədilə tətbiq olunan beynəlxalq standartlar və şəxsi təcrübəsi haqqında məlumat verib. Tədqiqatçı bu sahədə tətbiq edilən müasir texnologiyaların olmasına baxmayaraq, görülən işin daha effektiv nəticə verməsi üçün insan amilinin və əl həssaslığınınönəmindənbəhs edib.Alim həmçininzamanın təsirinə məruz qalmış qəzetlərin bərpası prosesini praktiki olaraq nümayiş etdirib.

Sonra “Arxeoloji tekstilin təmizlənməsi və plastifikasiyası” mövzusunda təqdimat keçirilib. Təqdimatda arxeoloji qazıntılar zamanı tapılan toxuculuq məmulatlarının təmizlənməsi və konservasiyası, liflərinin identifikasiyası və mikroskopik analizinin aparılmasına dair bu sahənin mütəxəssislərinin təcrübəsindən bəhs edilib. Arxeloji məmulatların hava, rütubət və digər kənar təsirlərdən mühafizəsi məqsədilə plastifikasiyası metodlarından danışılıb.

Daha sonra T.Krupa “V.N.Karazin adına Xarkov Milli Universitetinin Mərkəzi Elmi Kitabxanasının Fondu tərəfindən Osmanlı dəftərlərində mürəkkəbin araşdırılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Osmanlı dəftərlərinin informasiya daşıyıcısı olaraq tarixi əhəmiyyətindən danışıb. Osmanlı imperiyasının tərkibində olan ölkələrin sosial-iqtisadi tarixinin öyrənilməsi baxımından bu dəftərlərin mənbə kimi unikal xarakter daşıdığını vurğulayıb.

T.Krupa Osmanlı arxivlərində rəsmi sənədlərin uzunmüddətli qorunub saxlanılması üçün xüsusi tərkibdə mürəkkəbdən istifadə edildiyini bildirib. Qeyd edib ki, türk dəftərxanalarında sənədlərin mürəkkəbinintədricən solması problemininyaranmaması üçün Osmanlı hərbi məmurları yalnız yerli türk mürəkkəblərinin istifadə edilməsi üzrə göstəriş verib.

Məruzəçi universitet kitabxanasının Osmanlı dəftərlərində mürəkkəbin araşdırılması istiqamətində tədqiqatından söz açıb. Bildirib ki, Xarkov Milli Universitetində çalışdığı müddətdə dünya şərqşünaslıq elminə töhfə olaraq Osmanlı dəftərlərinin tədqiqinə dair mühüm nəticələr əldə edib.

T.Krupa Osmanlı dəftərlərinin xüsusi möhürlənmə qaydası, müxtəlif tarixi dövrlərə aid dəftərlərin mürəkkəbinin mikroskopik analizi və s. istiqamətdə ukraynalı mütəxəssislərlə birgə apardığı tədqiqatlardan bəhs edib. Alim eyni zamanda mürəkkəbin araşdırılması sahəsində tanınmış həmkarlarının tədqiqatlarındakı qeyri-dəqiq məqamlara da toxunub. Bu sahənin daha dərindən araşdırılmasının zəruriliyini vurğulayıb. Dəftərlərin əlyazma mətnlərinin tədqiqi, onların müxtəlif  dillərə tərcüməsi və nəşrini dünya osmanistikası qarşısında duran mühüm vəzifələrdən biri kimi qiymətləndirib.

 

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə