Təqvim
“Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin iclası keçirilib (+FOTOLAR)
20 iyul 2019 - 16:59

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi  ilə “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin iclası keçirilib. İclasın sədri gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.

Coğrafiya  elmləri  doktoru  Vaqif  Məmmədov “Abşeron göllərinin müasir ekoloji vəziyyətinin qiymətləndirilməsi”mövzusunda hazırladığı layihə haqqında məruzə edib. O bildirib ki, bu günədək Abşeron yarımadasında göllərin morfometrik parametrləri, fiziki, kimyəvi, bioloji göstəriciləri, xüsusilə də müasir ekoloji vəziyyəti və onların zamanla dəyişmə xüsusiyyətləri tədqiq edilməmiş, “Azərbaycan Respublikası Göllərinin Kadastrı” tərtib olunmamışdır. Ceyranbatan su anbarı və kanalları istisna olmaqla, Abşeronun müasir hidroqrafık şəbəkəsinin əsasını göllərin təşkil etdiyini vurğulayan məruzəçi, bu göllərdən üzun illər əhali tərəfindən bir sıra təsərrüfat və sosial-iqtisadi ehtiyatların ödənilməsi üçün  istifadə olunduğunu diqqətə çatdırıb, Abşeron göllərinin hədsiz dərəcədə müxtəlif məişət, tikinti, sənaye zibilləri, yeraltı faydalı qazantılardan qalan tullantılarla çirkləndiyini vurğulayıb.

Tədqiqat işinin üç mərhələdə aparıldığını bildirən V.Məmmədov                  ilk dəfə olaraq Abşeron yarımadasındakı göllərin ərazi və yüksəklik                    üzrə qiymətləndirilməsini, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilərək xəritələşdiriləcəyini və göllərin qorunması və  idarə olunmasında əldə edilən  məlumatların yardımçı rolunu oynayacağını qeyd edib.

   Akademik R.Məmmədov göllərin ekoloji vəziyyətinin insanların yaşayışına, insanların fəaliyyətinin isə qarşılıqlı olaraq, göllərin ekoloji vəziyyətinə təsirini qeyd edərək göllərin xüsusi öyrənilməsinə ehtiyac duyulduğunu diqqətə çatdırıb. O bildirib ki, kosmik peyk şəkilləri, dronlar və bu kimi müasir texnologiyaların köməyi ilə  xəritələşmə apararkən 250-dən artıq göllə zəngin Abşeron ərazisini kvadratlara ayırmaq və hər bir sahəyə düşən gölün mənşəyi, həcmi, yaranma mənbəyi, ekoloji vəziyyəti və s. görə ayrı-ayrılıqda təsnifatını vermək  daha münasibdir. Bu isə həmin ərazilərdə tikinti, əkin və ya digər xeyirli iş görmək istəyən təşkilat sahibləri, iş adamlarına kömək etmiş olar.

  Movzu ətrafında gedən müzakirələr və təkliflərdən sonra qərara alınıb ki, Abşeron gölləri haqqında bütün məlumatlar toplanaraq əsaslı kitab işlənilsin və bunun üçün göllər sahəsində təcrübəli mütəxəssislərin – akademik Ramiz Məmmədov, coğrafiya üzrə elmlər doktoru Məhəmməd Abduyev, coğrafiya üzrə fəlsəfə doktorları Rövşən Abbasov, Rəşail İsmayılov və  Mətanət Avazovanın  iştirakı ilə proqram hazırlansın.  Proqramı hazırlayarkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Amin Məmmədovun yeni yaşayış komplekslərinin göllər ətrafında salınması haqqındakı təklifi nəzərə alınsın.

Texnika elmləri doktoru Fazil Əbilov çirkab suların təbiətə axıdılmasının qarşısı alınması məsələsini müzakirəyə çıxarıb. Müəllif Avropa təcrübəsinə əsaslanaraq şəxsi ev və ya xidməti obyekt tikərkən  orada təmizləyici  qurğuların quraşdırılmasının sahiblərdən tələb olunmasını təklif edib.  Milli Məclisin nümayəndəsi Şamil Hüseynov əlavə edib ki, ictimaiyyət  arasında bu vacib məsələ barəsində çox ciddi təbliğat yolu ilə maarifləndirmə  işi aparılmalıdır  və  “Azərcu”ASC-nin  pilot layihəsi  vaxtında  işlənmiş tədbir olardı.

Müzakirədə iştirak edənlər meşə və yol kənarlarında fəaliyyət göstərən restoran və digər xidmət obyektlərinin axıtdıqları çirkab sularının qarşısını almaq istiqamətində təkliflər səsləndiriblər. Bildirilib ki, suların çirkləndirilməsi dağ rayonlarında özünü daha qabarıq büruzə verir və çaylara axıdılan suların çirkabdan təmizlənməsinə sərf olunan vəsait daha artıq olduğundan çaylara axıdılan çirkabın qarşısını almaq üçün görülən tədbirlər daha məqsədəuyğundur.

Akademik Ramiz Məmmədov səslənən fikir və təklifləri ümumiləşdirərək qeyd edib ki, İctimai Birliyin qaldırdığı problemlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərcu”ASC və digər əlaqədar qurumları narahat edən məsələlərdir və İctimai Birlk suyun istehsalı, istehlakı və mühafizəsində olan problemlərin həllində onlara dəstək, köməkçi rolunu oynaya bilər. Birlik sədri bunun üçün təşkilat üzvlərinin uyğun layihələrdə fəal iştirakını vacib hesab edib.

Sonra  təşkilat  adından mətbuatda çıxışlar, başa çatmış loqo müsabiqəsinin nəticələri və s. kimi cari məsələlərə baxılıb. Qərara alınıb ki, 12 avqust - Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü münasibətilə mətbuatda dərc olunmaq üçün məqalə  hazırlansın və akademik Ramiz Məmmədov bu işi öz üzərinə götürüb.

Nazim Qurbanovun hazırladığı “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin loqosu elan edilmiş müsabiqənin qalibi seçilib və müəllif 200 manat həcmində pul mükafatına layiq görülüb.

İclasın sonunda akademik R.Məmmədov onu narahat edən Azərbaycanın su balansının hazırlanması məsələsinə toxunub və vaxtı çoxdan çatmış məsələ ilə məşğul olmağın vacibliyini bir daha qeyd edib.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə