AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.
MEK-in illik mülki müdafiə planına əsasən keçirilən tədbirdə mülki müdafiə qərargahı, MEK-in şöbə müdirləri, mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak edib. Öncə çıxış edən mülki müdafiənin rəhbəri, MEK-in direktoru Leyla İmanova keçirilən məşqin mahiyyətindən danışıb. Daha sonra MEK-in mülki müdafiə qərargahının rəisi Gülağa Cahangirov ehtimal olunan fövqəladə hadisələr zamanı hərəkət qaydaları, mülki müdafiə siqnalları, zəhərlənmələr, yanğın, zəlzələ, radiasiya təhlükəsindən qorunmanın vasitə və üsulları barədə ətraflı bəhs edib. G.Cahangirov fövqəladə hallar zamanı zədələnmiş insanlara ilkin tibbi yardımın göstərilməsini və digər zəruri məlumatları da çatdırıb.
Bütün hüquqlar qorunur © 2024