Rusiyanın ən böyük mobil operatoru olan “Meqafon” şirkəti saytda Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən hörmətsizliklə bağlı daxili təhqiqat aparır. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə “Meqafon” şirkətindən Azərbaycannın Rusiyadakı səfirliyinə daxil olan məlumatda bildrilib. Qeyd olunub ki. sayta həmin məlumatı yerəşdirməyə məsul əməkdaşlar vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıb və onları Rusiya Federasiyası Əmək Məcəlləsi çərçivısində dissiplin cəzası gözləyir. “Meqafon” şirkəti baş vermiş insidentlə bağlı təəssüfləndiyini ifadə edib.
Bütün hüquqlar qorunur © 2024