Təqvim
Mərkəzi Elmi Kitabxanada Zəngəzurun tarixinə dair elmi-populyar kitabın təqdimatı keçirilib
10 iyul 2019 - 12:16

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində  "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən nəşr edilən "Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabın və "Zəngəzur" tarixi sənədli filminin disk-albomunun təqdimatı olub.

Öncə tədbir iştirakçıları hər iki təşkilatın son vaxtlar nəşr etdirdiyi kitabların sərgisi ilə tanış olublar.

Tarixi faktlarla, xəritə və fotolarla zənginləşdirilmiş kitabın müəllifi Hacı Nərimanoğlu çıxışında QHT Şurasının Ermənistanın ölkəmizə qarşı təcavüzünün, havadarlarının yardımı ilə xalqımıza qarşı törətdiyi soyqırım siyasətinin ifşa edilməsinə həsr olunan layihələrin  həyata keçirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Müəllif bildirib ki, “QHT Nəşriyyatı”nda işıq üzü görən elmi-populyar nəşrdə vətənimizin dilbər guşəsi olan Zəngəzurun tarixinə dair arxiv materiallarına, yerli və xarici mənbələrə istinad edilib, bölgənin tarixinə dair 100 sual cavablandırılıb. Qeyd edib ki, kitabda Zəngəzur bölgəsinin tarixi xəritələri, təbiəti, abidələri, görkəmli şəxsiyyətlərinin 100 fotosu yer alıb, nəşrin PDF variantı zengezur.com saytında yerləşdirilib.

Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov, Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk və başqaları nəfis tərtibatlı nəşrin Zəngəzur bölgəsinin Azərbaycan türklərinin əzəli torpağı olduğunun faktlarla ictimaiyyətə çatdırılması, ümümilikdə vətəndaşlarımızın elmi-tarixi, humanitar biliklərinin artırılması və maariflənməsi üçün dəyərli töhfə kimi qiymətləndiriblər.

Təqdimatda kitabın lakonik, sadə və aydın üslubda yazıldığı, tədqiqatçılar, tarixçilər, müəllim və tələbələr, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulduğu diqqətə çatdırılıb. Çıxışlarda bir sıra böyük dövlətlərin hərbi-siyasi dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən soyqırımı, deportasiya, etnik təmizlənmə və işğala məruz qalmış Zəngəzur bölgəsinin ən qədim dövrlərdən başlayaraq tarixinin tədqiq edildiyi, əhalisinin məruz qaldığı müsibətlərin səbəblərinin gerçək tarixi faktlarla araşdırıldığı vurğulanıb, yerli əhalinin çarizmin müstəmləkəçi siyasəti, bolşevik-daşnak və 1990-cı illər işğalına qarşı apardığı mübarizəsinin əks olunduğu bildirilib.

Tədbirdə “Zəngəzur” tarixi-elmi sənədli filmi haqqında da məlumat verilib. Tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasında filmin əhəmiyyətindən danışılıb.

Sonda Mərkəzi Elmi Kitabxanaya və tədbir iştirakçılarına  birliyin indiyədək nəşr etdirdiyi kitablar çap və elektron formatda hədiyyə edilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə