Təqvim
“Zəfərli yolun yarım əsri” mövzusunda elmi sessiya keçirilib (+FOTOLAR)
04 iyul 2019 - 14:23

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunan “Zəfərli yolun yarım əsri” mövzusunda elmi sessiya keçirilib.

Sessiya çərçivəsində Ulu Öndərin həyat yolu və fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi də təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Heydər Əliyevli yolumuzun yarım əsri” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Ümummilli Liderin zəngin siyasi fəaliyyətindən, müstəqil güclü Azərbaycan dövlətinin qurulmasında göstərdiyi tarixi xidmətlərindən, xalqımızın rifahı naminə gördüyü mühüm işlərdən danışıb. Qeyd edib ki, Sovet İttifaqı respublikaları arasında iqtisadi göstəricilərinə görə geridə qalan Azərbaycan 1969-cu il iyulun 14-də Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlişindən sonra çiçəklənmə mərhələsinə qədəm qoyub. Həmin illərdə respublikamızın gələcək inkişafı üçün güclü təməllər atılıb, qısa müddətdə iri fabrik və zavodlar, sənaye obyektləri tikilib, iqtisadi, elmi, mədəni və digər sahələrdə bir çox uğurlar əldə olunub. Ulu Öndərin Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət və tarixi şəxsiyyətlərinə xüsusi önəm verdiyini deyən Rafael Hüseynov görkəmli ədiblərimizə abidələr ucaldıldığını, məzarlarının ölkəmizə gətirildiyini, ev-muzeylərinin açıldığını söyləyib.

1993-cü ildə Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyini xatırladan akademik bildirib ki, xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider ölkədə hərc-mərcliyə son qoyub, siyasi sabitliyi təmin edib və respublikanın inkişafı üçün önəmli addımlar atıb. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin gəlirləri artıb, iqtisadi göstəriciləri yüksəlib, xalqın rifahı təmin olunub.

Akademik Rafael Hüseynov ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mühüm yer tutduğunu, söz sahibi olan ölkələrdən birinə çevrildiyini deyib.

Daha sonra tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasının Teatr şöbəsinin şagirdlərinin ifasında şeirlər dinlənilib, dahi liderə həsr olunan videoçarx nümayiş etdirilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə