Təqvim
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin fəaliyyət istiqamətləri müzakirə edilib (+FOTOLAR)
02 iyul 2019 - 21:09

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclasında bölmə üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərə dair fəaliyyət proqramını təqdim edib.

O, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin FRTEB-in fəaliyyətini hər zaman diqqətdə saxladığını, dünya çağırışlarını rəhbər tutaraq bu elmlərə dəstək verdiyini qeyd edib. Bildirib ki, fizika-riyaziyyat elmlərinin missiyası təkcə yeni biliklər əldə etmək, dünya elmini zənginləşdirməkdən ibarət deyil. Müasir dövrdə digər sahələrin də lokomotivinə çevrilməkdə olan bu elmlər multidissiplinar tədqiqatlara böyük təkan verir.

Akademik R.Əliquliyev cari il iyunun 14-də AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi və FRTEB-in büro üzvlərinin iştirakı ilə keçirilən görüşü xatırladaraq, bu tədbirdə fizika-riyaziyyat və texnika elmləri sahəsində prioritet elmi istiqamətlərin müəyyənləşdirildiyini, müvafiq sahənin alimləri qarşısına ciddi vəzifələrin qoyulduğunu bildirib.

Son zamanlar AMEA-da bütün sferaları əhatə edən ciddi islahatların həyata keçirildiyini qeyd edən alim bu tədbirlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə elm və təhsilin inkişafı yönündə qəbul etdiyi fərman və sərəncamlara adekvat olduğunu vurğulayıb. Bildirib ki, dünyanın müasir çağırışları və ölkənin strateji maraqlarına müvafiq olaraq hazırlanan yeni fəaliyyət proqramında fizika-riyaziyyat və texnika elmləri sahəsində fəaliyyətin daha da gücləndirilməsi, elmi, təşkilati, kadr və sosial məsələlərin həllində müvafiq addımların atılması nəzərdə tutulur.

Vitse-prezident FRTEB və elmi müəssisələrin dövlət siyasətinin həyata keçirilməsində iştirakından da söz açıb. Bildirib ki, bölməyə daxil olan hər bir institut ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş milli strategiya, dövlət proqramları, eləcə də elmi-texniki ekspertiza və rəylərin hazırlanmasında fəal iştiak etməlidir.

Alim FRTEB-in elmi müəssisələrində ölkə rəhbərinin fərman və sərəncamları, AMEA-nın Ümumi yığıncağının, Rəyasət Heyətinin qərarları, eləcə də AMEA-nın prezidenti və digər məsul şəxslərin tapşırıqlarının icrası ilə bağlı bir sıra məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, bölmənin büro iclaslarında tapşırıqların icra vəziyyətinin monitorinqinin nəticələri müntəzəm olaraq müzakirə olunmalı, bölmə və elmi müəssisələrdə tapşırıqların icrasına nəzarət mexanizmləri gücləndirilməlidir.

Akademik R.Əliquliyev elmi müəssisələrdə fəaliyyət göstərən əməkdaşların, alim və mütəxəssislərin AMEA Rəyasət Heyəti və SOCAR-ın təqdim etdiyi müsabiqələr, “Horizon – 2020” və digər ölkə və beynəlxalq səviyyəli qrant layihələrdə iştirakının vacibliyini də önə çəkib.

Elm və təhsilin inteqrasiyasının gücləndirilməsindən danışan alim, bu istiqamətdə fənn olimpiadalarının keçirilməsinin, birgə konfrans və seminarların təşkilinin, dərsliklərin və tədris vəsaitlərinin hazırlanmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, orta və ali məktəblərdə alim və mütəxəssislərin tələbələrlə, gənc tədqiqatçılarla tez-tez görüşləri təşkil edilməli, baza kafedralarının fəaliyyəti genişləndirilməli, AMEA bütövlükdə ölkə üzrə təhsilin inkişafına kompleks dəstək verməlidir.

Elektron elm çərçivəsində elmi müəssisələrin fəaliyyətinin informasiyalaşdırılması ilə bağlı fikirlərini səsləndirən akademik R.Əliquliyev tədqiqat fəaliyyətində İKT-nin tətbiqinin müasir dövrün tələbi olduğunu vurğulayıb. O, AzScienceNet şəbəkəsinin müəssisələr üzrə infrastrukturunun təkmilləşdirilməsi, inzibati-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılması ilə bağlı görüləcək işlər haqqında da məlumat verib.

Alim FRTEB və elmi müəssisələrin ictimaiyyətlə əlaqələrinin qurulması və populyarlaşdırılma istiqamətindəki fəaliyyəti barədə də danışıb. R.Əliquliyev bölmənin veb-saytının təkmilləşdirilməsi, əməkdaşların KİV və sosial media resurslarında fəaliyyətinin gücləndirilməsi, elmi biliklərin və yeniliklərin təbliği ilə bağlı ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu vurğulayıb.

Akademik Rasim Əliquliyev, həmçinin bölmə üzrə elmi kadr hazırlığının vəziyyəti, elmi müəssisələrin beynəlxalq əməkdaşlıq münasibətlərinin müzakirəsi, FRTEB-in elmi müəssisələri ilə ictimai təşkilatlar arasında münasibətlərin qurulmasına dair mühüm təkliflər irəli sürüb.

Tədbirdə akademik Rasim Əliquliyevin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərə dair fəaliyyət proqramı ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

İclasda çıxış edən akademiklər Nazim Məmmədov, Telman Əliyev, Cavad Abdinov, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Bilal Bilalov, Oktay Qasımov, Misir Mərdanov, Namiq Cəlilov, Oqtay Səmədov, Vaqif Quliyev və digərləri fəaliyyyət planına daxil olan tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, fəaliyyət proqramında nəzərdə tutulan və bu gün müzakirə olunan məsələlər FRTEB-in bundan sonrakı fəaliyyətinin daha da gücləndirilməsində mühüm rol oynayacaqdır. Qeyd olunub ki, fəaliyyət planı bölmənin elmi müəssisələrində yeni nailiyyətlərin əldə olunması, elmi işçilərin əməyinin stimullaşdırılması, institutların maddi-texniki bazasının gücləndirilməsi və meqalayihələrin həyata keçirilməsinə təkan verəcəkdir.

Tədbirdə, həmçinin illik hesabatların təkmilləşdirilməsi, institutlarda çalışan əməkdaşların sosial problemlərinin həlli, elmi tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi, FRTEB-nin fəaliyyətinə dair cəmiyyətə KİV vasitəsilə zəruri bilikərin çatdırılmasına dair müzakirələr aparılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə