Təqvim
“Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsinin təqdimatı olub (+FOTOLAR)
29 iyun 2019 - 10:59

İyunun 28-də “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsinin təqdimatı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Qeyd edildi ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” Proqramı çərçivəsində reallaşdırılır. Layihənin icrasında əsas tərəfdaşlar “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi və Təhsil Nazirliyidir. Layihə çərçivəsində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, habelə Bakı şəhərindəki ümumtəhsil məktəbləri və xüsusi məktəblər ilə əməkdaşlıq həyata keçiriləcək. Layihənin əsas məqsədi İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin inklüziv təhsil komponenti kimi sağlamlıq imkanları məhdud şəxslər üçün əlçatan edilməsi və əmək bazarının tələblərinə uyğun Peşə Təlimi Mərkəzinin yaradılmasıdır.

Diqqətə çatdırıldı ki, bu layihəyə cəlb olunan müəllim və sənətkarlar sağlamlığı məhdud gəncləri digər gənclərlə birlikdə öyrətmək üçün zəruri bilik və bacarıqlarla təmin ediləcəklər. Onların inklüziv təhsil prinsipləri barədə məlumatlılığı yerli və beynəlxalq təlimlər vasitəsilə artırılacaq. Layihə inklüziv peşə təhsili modelinin təşviqinə və ölkədə sağlamlıq imkanları məhdud şəxslər üçün bərabər şəraitin təmin edilməsinə töhfə verəcək. Sağlamlıq imkanları məhdud gənclərin ənənəvi incəsənət sahəsində əmək bazarının tələblərinə uyğunluğu artırılacaq. Proqram başa çatandan sonra layihənin nəticələrindən müvafiq tövsiyələrin hazırlanmasında istifadə olunacaq.

Bildirildi ki, layihənin əsas hədəf qrupları xüsusi məktəblərdə formal təhsil almış, inklüziv incəsənət və sənətkarlıq üzrə peşə təhsili proqramında iştirak etməkdə maraqlı olan sağlamlıq imkanları məhdud gənclər, təhsil prosesində iştirak edən təlimçilər, xüsusi təhsil verənlər, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin işçi heyəti və seçilmiş pilot məktəblərdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva layihəyə cəlb olunan sağlamlıq imkanları məhdud gənclərlə söhbət etdi, onlarla şəkil çəkdirdi.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə